İşğaldan azad olunan Laçın rayonunda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rakus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.