İdman 03.12.2020 23:34

“Qarabağ” Avroliqada ilk xalını qazandı – YENİLƏNDİ

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Makkabi” matçı başa çatıb.

Rakus.az xəbər verir ki, oyunda qalib müəyyələşməyib – 1:1.

Bununla da “Qarabağ” bu mövsüm qrup mərhələsindəki ilk xalını qazanıb.

22:34

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” – “Makkabi” matçında hesab dəyişib.

Qarşılaşmanın 37-ci dəqiqəsində Ağdam təmsilçisinin hücumçusu Xayme Romero bərabərlik qolunu vurub.

22:21

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” – “Makkabi” matçında hesab açılıb.

Qarşılaşmanın 22-ci dəqiqəsində israillilərin oyunçusu Kohen penalti zərbəsi ilə “Makkabi”ni hesabda önə çıxarıb.

Hazırda “Qarabağ” məğlub durumdadır.

21:57

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” – “Makkabi” matçı start götürüb.

Hazırda oyunda hesab açılmayıb.

21:24

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək “Qarabağ” və İsrail “Makkabi”sinin (Tel-Əviv) start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Məşqçi: Elçin Rəhmanov

“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen

Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç

Baş məşqçi: Giorgios Donis

Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

07:36

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, Azərbaycanı bu çempionatda təmsil edən yeganə klub olan “Qarabağ” İsrailin “Makkabi” kollektivi ilə qarşılaşacaq.

Oyun İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Baş məşqçi Qurban Qurbanov, kapitan Maksim Medvedev, hücumçu Musa Qurbanlı və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovdan sonra Mahir Emreli və Abbas Hüseynovda da koronavirus aşkarlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS