Gündəm 04.12.2020 14:40

Əli Əhmədov: “Fransa Avropada islamofobiyanın mərkəzinə çevrilib”

“Fransa Senatının ardınca bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleyanın dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etməsi mübaliğəsiz olaraq siyasi riyakarlığın bariz ifadəsi sayıla bilər. Qətnamənin əsas mövzusu ilə əlaqədar şərhlərdən əvvəl onu vurğulamaq yerinə düşər ki, Fransa hökumətinin məscidlərə və müsəlman icmalarına qarşı total təzyiqlərinin həyata keçirdiyi bir zamanda Milli Assambleyanın Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi barədə “həyəcan təbili” çalması heç bir sağlam məntiqə sığmır”.

Rakus.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Fransanın artıq bir neçə ildir Avropada milli və irqi dözümsüzliyin, islamofobiyanın mərkəzinə çevrilməsi nəinki islam dünyası, eləcə də xristian ölkələrini narahat etməyə başlayıb: “Ona görə də bu ölkənin dünyada xristianların müdafiəsi ilə əlaqədar çağırışları qədər əslində anti-xristian təbliğatı təsəvvür etmək mümkün deyil”.

Baş nazirin müavini deyib ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə noyabr ayının 25-də Fransa Senatının qəbul etdiyi qətnamənin əsassız, qeyri-obyektiv və ziyanlı iddialarını təkrar edir və yenidən Fransa hökumətinə Dağlıq Qarabağın tanınması kimi təxribatçı təklif ünvanlayıb: “Senatın qəbul etdiyi məsuliyyətsiz və məsuliyyətsiz olduğu qədər də ziyanlı qətnamə ilə əlaqədar Azərbaycan cəmiyyəti, Milli Məclis, hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları əsaslı mövqelərini bildirdiyindən, onları yenidən təkrar etməyə ehtiyac yoxdur. Lakin diqqəti çəkən məqam Senatın məlum tövsiyyəsinə cavab olaraq Dağlıq Qarabağın tanınmasının mümkün olmaması barədə Fransa hökumətinin öz mövqeyini elan etməsindən sonra Milli Assambleyanın yenidən hökumətə bu qondarma, artıq formal şəkildə də mövcud olmayan qurumu tanımağı tövsiyyə etməsidir. Doğrudur, parlament müzakirələrində ölkənin xarici işlər naziri Jan İv Le Duran qondarma Dağlıq Qarabağın tanınmasının mümkün olmadığını bəyan edib. Lakin görünən budur ki, hökumətin “qəti” mövqeyi parlamentariləri inandırmayıb. Lakin bu faktın özünün nə qədər inandırıcı olması sual doğurur. Fransanın Milli Assambleyasının 577 üzvünün yarıdan çoxu, təxminən 60%-i, Prezident Makronun “İrəli, Fransa” partiyasına və onun müttəfiqi “Demokratik hərəkat” partiyasına mənsubdur. Məlum qətnaməyə müxalifət partiyalarla bərabər, hakim partiya və onun müttəfiqləri də səs verib. Qondarma Dağlıq Qarabağın tanınmasına hökumətin razılıq vermədiyi məlum olduğu halda, prezidentin partiyasının nümayəndələrinin yenidən eyni tövsiyyəni irəli sürməsi təəccüblü görünməyə bilməz. Milli Assambleyanın Senatın məsuliyyətsiz və ziyanlı, eynilə də perspektivsiz səhvini və günahını təkrar etməsi nəyin ifadəsidir: Makronun partiyasının ona itaətsizliyinin, erməniləri Makrondan və onun hakimiyyətindən çox sevməsinin, yoxsa anti-Azərbaycan, anti-Türkiyə mövqeyinin ədalət, humanizm, obyektivlik kimi dəyər və prinsiplərdən üstün tutulmasının?”.

“Senatın qətnaməsi kimi, Milli Assambleyanın qətnaməsi də hüquqi qüvvəyə malik deyil və qondarma, artıq əslində, mövcud olmayan Dağlıq Qarabağın tanınması baxımından hər hansı perspektivdən məhrumdur. Lakin bu qətnamənin Azərbaycana və qardaş Türkiyəyə dost olmayan münasibətinin ifadəsi kimi diqqətdən kənarda qalması da yolverilməzdir. İndi dostların və dost olmayanların tanınması zamandır” – Ə.Əmədov qeyd edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO