Gündəm
07.12.2020
12:55
Cəbrayıl yüksəkliklərindən birinə bayrağımızı sancan şəhidimiz – XUDİYEV TURAL - FOTO - VİDEO

Xudiyev Tural Rəfayıl oğlu 27 noyabr 1998 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonundan olan Tural 1-ci Qarabağ müharibəsindən sonra dünyaya göz açsa da, müharibənin izləri onun taleyinə təsir etmişdir. Onun əmisi Xudiyev Xudu Mustafa oğlu da 1-ci Qarabağ müharibəsində iştirak etmiş və 1992-ci ildə şəhid olmuşdu. Tural müharibənin şahidləri olan valideynlərindən Qarabağda və ata yurdu Ağdamda baş verən hadisələr və erməni vəhşiliyi haqqında eşitmiş və mübariz ruhda böyümüşdü. Uşaq yaşlarından vətənpərvərlik hisslərini özündə daşıyan Tural milli qəhrəmanlarımızın həyatı və döyüş yolları ilə maraqlanmış, otağını Azərbaycan bayrağı, milli qəhrəmanlarımız: Allahverdi Bağırov, Albert Aqarunov, Fred Asifin şəkilləri ilə bəzəmişdi.
.jpg)
2005- 2016 -ci illərdə Bakı şəhəri Xətai rayonu 138 saylı məktəbində təhsil alan Tural elə həmin ildə də qəbul imtahanlarında iştirak edərək Azərbaycan Texniki Universitetinin “Dəmiryol nəqliyyatı” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı illərdə Tural öz səmimiyyəti ilə sinif yoldaşlarının, qrup yoldaşlarının və müəllimlərinin sevimlisi olmuş, şagirdlər və tələbələr arasında fərqlənmişdir.
.jpg)
O, 2018-ci ildə oxuduğu universitetdən akademik məzuniyyət götürərək həqiqi hərbi xidmət üçün müraciət etmiş və 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır. Andicmə mərasiminə qədər Ağcabədi rayonu N saylı hərbi hissədə qulluq etmişdir. Daha sonra həmişə arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin heyətinə seçilmiş və Cəlilabad rayonu N saylı hərbi hissədə xidmətə davam etmişdir. Əsgərlik müddətində hərbi hissənin tədbirlərində fəal iştirak etmiş, komandirləri tərəfindən dəfələrlə təşəkkürnamə almışdır.
Tural həqiqi hərbi xidmətinin bitməsinə 4 gün qalmış—27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Ağdərə, Kəlbəcər, Zəngilan və Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmişdir. Cəbrayıl rayonunda önəmli yüksəkliklərdən birinə bayrağımızı Tural sancmışdır. Döyüşlərdə göstərdiyi şücaətlə yanaşı, Daşaltı və digər torpaqlarımızın azad olunması zamanı yaralanmış əsgərlərimizə kömək etmiş, hərbi maşınlara qədər onları çiynində aparmışdır. Döyüşlərin birində dostu ilə birlikdə həyatlarını təhlükəyə ataraq erməni qüvvələrinin nəzarəti altında olan ərazidən əsgər yoldaşlarına ərzaq gətirmişdir.
.jpg)
Şuşa şəhərinin azad edilməsində misilsiz xidməti olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri heyətinin üzvü olan Tural artıq dünya hərb tarixində nümunə olacaq Şuşa döyüşlərində fəal iştirak etmişdir. Təəssüf ki, ağır döyüşlərdən çıxan Tural 8 noyabr 2020-ci il saat 14:00 radələrində Şuşada düşmən mövqelərindən atılmış minamyot qəlpəsindən ağır yaralanmışdır. Hərbi-tibbi xidmətin səylərinə baxmayaraq, 35-40 dəqiqə sonra daxili qanaxmanı dayandırmaq mümkün olmamış və Tural şəhadət zirvəsinə yüksəlmişdir.
.jpg)
P.S. Döyüş yoldaşlarının hələ də cəbhə bölgəsində olduğuna görə Turalın şərəfli döyüş yolu haqqında əldə olan məlumatlar hələ ki bu qədərdir. Sona qədər Turalla birlikdə vuruşan və onu dərin minnətdarlıq hissi ilə anan döyüş yoldaşları şəhidimizin qəhrəmanlıqları barədə təfərrüatlı məlumatları şəxsən onun valideynlərinə danışmaq arzusunda olduqlarını və bu məqsədlə tərxis olunduqdan dərhal sonra onları ziyarət edəcəklərini bildirmişlər.
Xatırladaq ki, təhsil ocaqlarında çox gözəl təşəbbüs irəli sürülmüşdür. Hər sinfə bir şəhid övladımızın adı verilir. Bu Şəhid oğullarımızın ruhunu yaşatmaq və gələcək nəsillərə onların qəhrəmanlıqlarını ötürmək məqsədi daşıyır.
XUDİYEV TURAL Rəfayıl oğlunun adı 20 nömrəli məktəb – liseyin Gülnarə Kərimovanın sinif rəhbəri olduğu 4ə sinfinə verilmişdir. Uşaqlar Şəhidimizin adını hər gün dərin ehtiramla yad edir. Və onun mübariz yolunu davam edəcək, Vətənin davamçı qoruyucuları olacaqlarını vurğulayırlar.
4ə sinfinin hazırladığı VİDEO-nü təqdim edirik:
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Sosial
/
18.04.2025
13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO