Çempionlar Liqasının F qrupunun PSJ – “Başakşehir” matçı bu gün keçiriləcək.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Daha əvvəl iki komanda arasındakı oyunun bir saat gecikmə ilə keçiriləcəyi bildirilsə də, müəyyən səbəblərdən matçın tarixi dəyişdirilib.
01:05
Çempionlar Liqasının F qrupunun PSJ – “Başakşehir” matçı qaldığı yerdən davam edəcək.
Rakus.az xəbər verir ki, bununla bağlı UEFA açıqlama yayıb.
Bildirilib ki, irqçilik etdiyi üçün qalmaqala səbəb olan qarşılşmanın 4-cü hakimi oyundan uzaqlaşdırılıb. Bununla da Türkiyə təmsilçisi meydana dönməyi qəbul edib.
00:44
Çempionlar Liqasının F qrupunda mübarizə aparan Türkiyənin “Başakşehir” klubu PSJ ilə qarşılaşmada meydanı tərk edib.
Rakus.az xəbər verir ki, bu barədə “Spor Arena” məlumat yayıb.
Qarşılaşmanın 16-cı dəqiqəsində baş məşqçi Okan Burukun köməkçisi Pier Vebo qırmızı vərəqə alıb. Bundan sonra “Başakşehir”in hücumçusu Demba Ba oyunun dördüncü hakiminin irqçilik etdiyini bildirib.
“Başakşəhər”in baş məşqçisi Okan Buruk əvvəlcə dördüncü hakimin uzaqlaşdırılmasını tələb edib. Sonra da komandasını oyundan çıxarıb, soyunub-geyinmə otağına aparıb.
Xatırladaq ki, qarşılaşmanın dördüncü hakimi rumıniyalı Sebastian Kolteskundur.