Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Rakus.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi “Instagram”da etdiyi paylaşımda deyilir:
“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.