Gündəm 14.12.2020 22:31

Ərdoğan: “Türkiyə azərbaycanlı qardaşlarının yanında yer alıb” - VİDEO

“Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

Rakus.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda saxlanılan Azərbaycan torpaqları xilas edilmiş, Dağlıq Qarabağın vətən həsrəti sona çatmışdır. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük bir savaşın ardından qazanılan zəfər hərbi, diplomatik və siyası baxımdan çox böyük anlamlar daşıyır.

Qarabağ artıq donmuş münaqişəni deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılmış şanlı bir zəfəri ifadə edir. Şəhidlərimizin fədakarlığının rəmzi olan Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda qürurla dalğalanır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə qədər bütün Qarabağ səmasını əzan bəzəyir.

Dağlıq Qarabağın xilası ilə Qarabağda yeni bir dövrün qapıları aralanıb. İnşallah bundan sonra bölgədə mərkəzində atışma yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, münaqişə yerinə yaxşı qonşuluq münasibətlərinin olduğu yeni bir status-kvo qurulacaqdır. Qardaşım İlham Əliyevin dəvəti əsasında həyata keçirdiyimiz Azərbaycan ziyarəti bu baxımlar çox önəmli mesajlar ehtiva edir.

Azadlıq meydanında keçirilən Zəfər tədbirlərində mərhum Heydər Əliyevin “tək millət, iki dövlət” şüarının canlandığını hamımız birlikdə yenidən gördük. Bakı küçələrində, əllərində, maşınlarında, binalarında, balkonlarında Türkiyə və Azərbaycan bayraqları daşıyan azərbaycanlı qardaşlarımızın biz də heyətimizlə birlikdə ortaq olduq. VƏtən müharibəsi zamanı şəhid olan 2783 qəhrəman Azərbaycan əsgərini və 100 dinc sakini rəhmətlə yad etdik. Beləliklə, Türkiyə və Azərbaycanın kədərdə və sevincdə tək ürək, tək bilək olduğunu bütün dünyaya bir daha göstərdik.

Bundan, əlavə səfər zamanı keçirdiyimiz görüşlərdə Qarabağ mövzusunda beynəlxalq müstəvidə və digər ölkələrlə iş baxımından izləyəcəyimiz yol xəritəsini müzakirə etdik. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və müxtəlif infrasturuktur layihələrini dəyərləndirdik. Vətəndaşlarımıza şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı verən protokolla yanaşı, media və investisiya sahələrində müxtəlif anlaşmaların imzalanmasına şahidlik etdik. İmzalanan anlaşmaların müdafiə və infrastruktur başqa olmaqla hər sahədə əməkdaşlığımızı daha genişləndirəcəyinə inanıram.

Bu vəsilə ilə dəyərli qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün özüm və yoldaşım adından, özünə və yoldaşına, eyni zamanda millətim adından Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm.Vətən, bayraq və əzan uğruna canlarını fəda edən Azərbaycan ordusunun qəhrəman nəfərlərinə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Qazanılan zəfər münasibətilə şəxsim və millətim adına bir daha Azərbaycan türklərini təbrik edirəm!”, – deyə R.T.Ərdoğan bildirib.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS