İdman 17.12.2020 10:34

Hacı Əliyev 1/8 finalda Hacımurad Rəşidovla güləşəcək

Bu gün Azərbaycanın son beş sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.

Rakus.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda rusiyalı dünya çemıionu Hacımurad Rəşidovla üz-üzə gələcək. Bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək, hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.

61 kq-dakı Əhmədnəbi Qvarzatilov Fransanı təmsil edən erməni Arman Yeloyanla qarşılaşacaq. Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində türkiyəli Muhammet Kotanoğlu ilə, Abubakr Abakarov (86 kq) 1/8 finalda Bolqarıstanı təmsil edən Əhməd Maqomayevlə, Şamil Zubairov (97 kq) isə 1/4 finalda moldovalı Samhan Cəbrailovla güləşəcək. Bu gün həmçinin Hacımurad Məhəmmədsəidov (92 kq) bürünc medal uğrunda görüşdə Erhan Yaylacı (Türkiyə) / Mihay Palagia (Rumıniya) cütünün qalibi ilə görüşəcək. Gitinoməhəmməd Hacıyev (70 kq) təsəlliverici qarşılaşmada Georgi Bukur (Rumıniya) ilə, Camaləddin Məhəmmədov (125 kq) isə Katriel Muriel (Argentina) ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov – Arman Yeloyan (Fransa)

65 kq

1/8 final: Hacı Əliyev – Hacımurad Rəşidov (Rusiya)

79 kq

Təsnifat mərhələsi: Rəşad Yusifli – Muhammet Kotanoğlu (Türkiyə)

86 kq

1/8 final: Abubakr Abakarov – Əhməd Maqamayev (Bolqarıstan)

97 kq

1/4 final: Şamil Zubairov – Samhan Cəbrailov (Moldova)

Medal üçün mübarizə aparanlar

70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev – Mohammed Abdulkərim (Küveyt) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev – Haydar Yavuz (Türkiyə) 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev – Georgi Bukur (Rumıniya)

92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov – Strahinya Despiç (Serbiya) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov – Alexandro Pankorbo (İspaniya) 5:2
1/2 final: Hacımurad Məhəmmədsəidov – Georgi Rubayev (Moldova) 5:5*
Bürünc medal görüşü: Hacımurad Məhəmmədsəidov – Erhan Yaylacı (Türkiyə) / Mihai Palagia (Rumıniya)

125 kq
1/8 final: Camaləddin Məhəmmədov – Oktay Güngör (Türkiyə) 4:2
1/4 final: Camaləddin Məhəmmədov – Robert Baran (Polşa) 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov – Katriel Muriel (Argentina)

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO