Gündəm 18.12.2020 14:05

Prezident: “Erməni tankları Bakıya qənimət kimi gəldi”

“Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar”.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər”, – Prezident vurğulayıb.

Onun sözlərinə görə, 2019-cu ilədək danışıqlar prosesi – sonradan məlum olduğu kimi, imitasiya ilə davam etsə də, 2019-cu ildən başlayaraq bu, mahiyyət etibarilə dayanmışdı.

“Mənim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə çoxsaylı görüşlərim mahiyyət etibarilə vasitəçilərin də prosesi irəli aparmaq üçün yeni ideyalara sahib olmadığını nümayiş etdirib, çünki Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq üçün əlindən gələni edirdi. Həm də ki, onlar işğal olunmuş ərazilərdə aktiv şəkildə məskunlaşdırma ilə məşğul olurdular ki, bu da Cenevrə Konvensiyasına əsasən, hərbi cinayətdir. Beləliklə, 2019-cu ildən Ermənistan rəhbərliyi yeni taktikaya əl atmağa başladı. Mahiyyət etibarilə danışıqların imitasiyasından imtina danışıqlar prosesinin pozulmasına dəyişdi. Mənim sözlərimin təsdiqini həm Ermənistan hərbi-siyasi rəhbərliyinin rəsmi açıqlamalarında, həm də təxribatçı hərəkətlərində görmək olar. Onlardan sadəcə bəzilərini misal çəkəcəyəm.

Beləliklə, Ermənistanın keçmiş müdafiə naziri ABŞ-da səfərdə olarkən açıq şəkildə bəyan edib ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Ermənistanın ali hərbi komandanının bu açıqlaması mahiyyət etibarı ilə Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə nümayiş etdirir. Görünür, onlara 1 milyon azərbaycanlıya verdikləri əzab kifayət etməyib, onlara yeni ərazilər də lazım olub ki, bu da nə beynəlxalq hüquq, nə də insani mənəviyyət baxımından qəbulediləndir. Maraqlıdır ki, bu bəyanat ABŞ-da verilib. Bu yeganə bəyanat idi, bir də belə açıqlama olmayıb. Ermənistanın baş nazirinə gəldikdə isə o, 2019-cu ildə işğal olunmuş ərazilərdə açıq şəkildə “Qarabağ Ermənistandır. Nötqə” bəyanatını verib. Təbii ki, danışıqlar prosesinin pozulmasına yönələn bu təxribatçı tezis cavabsız qala bilməzdi. Mən cavab olaraq bildirdim ki, “Qarabağ Azərbaycandır və nida”. Kimin haqlı olduğunu isə tarix göstərdi”, – Azərbaycan Prezidenti bildirib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS