ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsini təqdim edib.
Rakus.az xəbər verir ki, hədiyyəni təqdim edən zaman Salim bin Məhəmməd əl-Malik qılıncın tarixi və üzərindəki yazılarla bağlı geniş məlumat verib.
Salim bin Məhəmməd əl-Malik: “Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var”.
Prezident İlham Əliyev: “Çox sağ olun”.
Salim bin Məhəmməd əl-Malik: “Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var”.
Prezident İlham Əliyev: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm”.