Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya gedərkən Füzuli rayonunda keçib.
Rakus.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva “Instagram” səhifəsində video paylaşıb.
Videoda dövlət başçısı Azərbaycan Ordusunun bu ərazilərdə keçirdiyi əməliyyatdan danışıb:
“Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək, düşməni qova-qova torpaqlarımızdan çıxardı. Füzuli rayonu”.