Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Şuşaya səfəri ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərinin 39-cu ildönümünə təsadüf edib.
Rakus.az xəbər verir ki, ulu öndər Heydər Əliyev Şuşaya 1982-ci ilin yanvarın 14-də səfər edib.
Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə ulu öndəri müşayiət edənlər arasında gənc İlham Əliyev də olub.
Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli – Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.