Peyvənd olunacaq müəllimlərin siyahısı hazırlanıb
“Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”.
Rakus.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur.
O bildirib ki, teledərslər bu ilin sonunadək davam edəcək.
“Şagirdlər arasında koronavirusa kütləvi yoluma halı qeydə alınmayıb. Bu, müəllimlər arasında olub. Ona görə də ölkə üzrə yoluxma statistikasına uyğun olaraq, 5-9-cu siniflər üçün dərslərin bərpa olunmasına qərar veriləcək”, – nazir vurğulayıb.