Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə son tur həftəsonu yekunlaşır - FOTO
Zəfər Günü (8 Noyabr) münasibətilə oktyabrın 23-də, həftənin bazar günü şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində sonuncu- 3-cü turun oyunları keçiriləcək.
Rakus.az xəbər verir ki, A və B qrupu üzrə 2 görüş olacaq. “Novoivanovka” “Ada Təpə” ilə, “Göyçə” isə “Ardanış”la qarşılaşacaq.
Bu görüşlərin nəticəsində oktyabrın 30-da baş tutacaq yarımfinal oyunlarının 4 iştirakçısı tam bəlli olacaq.
Komandaların heyətləri belədir:
“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov, Rasim Həsənov
Məşqçi Yaşar Vəliyev
“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev
Məşqçi Bayram Süleymanov
“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev
Məşqçi Məhəmməd İsmayılov
“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov
Məşqçi Telman Məhərrəmov
Qarşılaşmalar saat 09:30-da “Vətən” İdman Klubunun stadionunda ardıcıllıqla baş tutacaq.
Hazırda B qrupunda bir xala sahib “Novoivanovka” komandasını növbəti mərhələyə keçmək üçün qələbə və heç-heçə qane edir. Üç xal toplayan “Ada Təpə” isə qələbə qazanaraq qrupu lider kimi başa vurmaq istəyir.
A qrupunda isə maraqlı vəziyyət yaranıb. Belə ki, hər iki komanda qalibiyyət və bərabərlik halında yarımfinala vəsiqə qazanacaq. Lakin bir xalı olan “Göyçə” məğlub olduğu halda qrupu tərk edəcək və növbəti mərhələyə “Sadaxlı” adını yazdıracaq.
Komandaların xal durumu belədir:
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.