İqtisadi 31.05.2023 16:01

Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem iyunun 1-dən işə düşəcək.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.

O bildirib ki, yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək.

Türkiyədə baş vermiş zəlzələnin törətdiyi ciddi fəsadlar insanlarımız əmlak sığortasına istiqamatlənməsini sürətləndirdi.

Qeyd edək ki, hazırda Azərbaycanda icbari sığortalar sahəsində ən çox gerilik və boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır.

İndiyədək bu istiqamət sığorta bazarının genişləndirilməsi baxımından vacib sayılırdı, amma fevralın 6-da Türkiyədə baş verən zəlzələ və onun ağır nəticələri, xüsusilə də dağılan evlərin böyük hissəsinin sığortalı olmadığına görə ödəniş almaması riski bu sahədə işləri sürətləndrməyə vadar edib.

Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır, mümkün zəlzələ baş verərsə, digər nəticələrdə yanaşı, əmlak sahiblərini belə miqyasda zərər də gözləyir.

Ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur, amma indiyədək bu sistemi işə salmaq mükün olmayıb.

Bunun üçün bütün evlər daimi monitoriq edilməli, sığortası olmayanlar tapılmalı və cərimələnməli idi. İcra hakimiyyətlərinin isə buna nə vaxtı, nə həvəsi, nə də resursları var.

Nəticədə evlərin sığortasına nəzarətdə elektron sistem tətbiq etməyi qərara alınıb. Bu üsul avtomobil sığortasında uğurla tətbiq edilib və nəticədə – hazırda avtomobillərin 100 %-nin icbari sığortası var.

Evləri elektron sığortalamaq mümkün olduqdan sonra ikinci mərhələ başlayacaq – yəni sığortasız evləri aşkar etmək sistemi işə düşəcək.

Beləliklə İcra hakimiyyətləri həm ölkədəki «kupçalı evləri» həm də onardan hansının sığorta edilib-edilmədiyini görə biləcəklər.  Bu da onlara imkan verəcək ki, sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərmimə yazılsın. Avtomobillərdə olduğu kimi, sadəcə bu halda sığorta radarı küçələrdə deyil, icra hakimiyytlərinin kompüterlərində fəaliyyət göstərəcək.

Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

Yanğın, ildırım düşməsi;

Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

Elektrik naqillərində baş verən qısa qapanma;

Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;

Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;

Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;

Yerüstü nəqliyat vasitəsinin dəyməsi;

Təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan;

Üçüncü şəxsin hərəkətləri.

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi, sığorta hadisəsi hesab olunmur:

Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər.

Sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tədbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

Hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

Qrunt sularının səviyəsinin dəyişməsi;

Suyun borulardan və ya rezervuarlardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması

Daşınmaz Əmlakın sığortası ilə bağlı qanun

Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur.

«İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).

Sığorta haqları və ödənişləri haqqında məlumat

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

 

Yaşayış məntəqəsi Sığorta məbləği Azadolma İcbari sığorta haqqı (manat) Yaşayış məntəqəsi
Bakı şəhəri 25 000 250 50 Bakı şəhəri
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri 20 000 200 40 Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri
Digər yaşayış məntəqələri 15 000 150 30 Digər yaşayış məntəqələri

Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Bundan əlavə Bildiyimiz kimi bir müddətdir, Cənab Prezidentin göstərişi ilə Qarabağın bərpa olunması ilə bağlı uğurla işlər həyata keçirilir.  Nəticədə, işğaldan azad edilmiş ərazilərimizdə on minlərlə mənzil salınacaq və bu siyasət daşınmaz əmlak sığortasının gələcək inkişafı üçün kifayət qədər geniş imkanlar yaratmış olur.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO