Siyasi 13.06.2023 12:09

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının rəmzidir – MƏQALƏ

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri, iki qardaşın- cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik məsələlərinə dair birgə bəyannamənin imzalanması böyük qələbə ilə başa çatan, xalqımıza zəfər sevinci yaşadan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda təkcə ölkəmizin tarixində deyil, hətta bölgə miqrasiyasında ən əlamətdar, tarixi və siyasi hadisələrdən biridir. Bəyannamənin Şuşa şəhərində imzalanması böyük tarixi və siyasi məna daşıyır. Bəyannamənin imzalanması xalqımızın tarixinə qızıl həriflərlə yazılan-15 iyun- Milli Qurtuluş gününə, yəni Ulu Öndərimizin-Heydər Əliyevin xalqına xilaskarlıq missiyasını yerinə yetirdiyi günə təsadüf edir.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycan dövlət başçısı hörmətli prezidentimiz-İlham Əliyev hər kəsin yadına iki dost qardaş ölkə arasında imzalanmış 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsini yada saldı. Tarixi qardaşlıq müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiklik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu bəyannamə 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilənin və 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin davamıdır. Eyni zamanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli  Lideri- Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət iki dövlət” ifadələrinə dəyər verməkdir.

Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bizlərə Zəfər sevinci yaşadan qələbə münasibətilə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında  iştirakı və sonra da Qarabağımıza Şuşaya, Zəngilana səfəri böyük türk dünyasına birlik və həmrəylik çağırışı idi.

Şuşa bəyannaməsinin şərtlərindən biri də ondan ibarətdir ki, ikinci Qarabağ döyüşlərində Azərbaycanın qələbəsini rəsmiləşdirən, tarixə salan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatının bütün müddəalarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistan və onun havadarları maneə olmağa çalışdığları Azərbaycan və Türkiyəni birləşdirən beynalxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa bəyənnaməsində yer almasını təsadüfi saymaq olmaz.

Sənədin əsas müddəalarından görünür ki, iki qardaş ölkələrin liderləri- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və əməkdaşlığa çağırışla sülhsevər niyyətlərini bir daha ortaya qoymuş oldular.

Xalqımızın tarixinə qızıl həriflərlə yazılan 15 iyun 2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi nəticəsində Türkiyənin Şuşada Baş konsulluğunun açılacağı və işğaldan azad olmuş ərazilərin bərpasında türk şirkətlərinin fəal şəkildə cəlb olunmağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açığlaması doğma yurd-yuvalarına dönmək üçün vaxt gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi.

Bütün dünya mayın 3-də Şuşada keçirilən Ümumimilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması, keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq  konfransda çıxışında bu tarixi hadisəni xalqımızın taleyi üçün böyük dəyər daşıdığını bəyan etmişdir: “Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlığ xarakterini heç nə dəyişməyəcək!”

Sultanəli Qurbanov – Yap Səbail “Ü. Hacıbəyli-68” ƏPT-sədri

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS