Siyasi 15.06.2023 10:35

Ərdoğanın Azərbaycana səfəri strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır

“Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Bu münasibətlər strateji əməkdaşlığın daha vüsətlə inkişafı üçün yeni yeni imkanlar açır”.

Rakus.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “İki dövlət, bir millət” şüarı altında   bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış  Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı. Səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Prezident İlham Əliyev  bu anlaşmanın siyasi və tarixi əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”.

Azərbaycan_Türkiyə əlaqələri Əliyev-Ərdoğan münasibətlərinin inikasıdır. Belə ki, bu ölkələrin liderləri imkan düşdükcə bütün səviyyələrdə, bütün vəziyyətlərdə bir-birinin yanında olduqlarını, sevinc və kədərinin eyni dərəcədə bölüşdüklərini bəyan edirlər. Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya qarşı xüsusi münasibət sərgiləməsi hər kəsin, o cümlədən dünya mediasının  diqqətini cəlb etdi. Bu qardaşlıq münasibətləri üzvi surətdə bütün sahələrə sirayət edir və bütün istiqamətlərdə, o cümlədən beynəlxalq müstəvidə öz əksini tapır.  Azərbaycan Prezidenti əməkdaşlığımızın bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır: “…Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq… Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir… Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər…”

44 günlük Vətən müharibəsinin gedişi və nəticələri bir daha sübut etdi ki, çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda güc amili əsas təsir vasitəsinə çevrilməkdədir. Çıxışında bu məsələyə xüsusi yer ayıran cənab İlham Əliyevin beynəlxalq hüquq və normalarına etinasız münasibət mövcudluğunu dilə gətirmişdir: “Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları genişdir və prioritet xarakter daşıyır”. Təkcə bu il 16 birgə hərbi təlimin keçirilməsi, üstəlik bu istiqamətdə 6 yeni layihənin də planlaşdırılması Azərbaycan Ordusunun bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəyi ilə bağlı siyasi qərarın ciddiliyinə işarədir.

Postmünaqişə dövründə Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında yaranmış yeni reallıqlar şəraitində Orta Dəhlizin önəmi daha da artır. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın təbii qazın və bərpaolunan enerji növlərinin ixracının artırılması üçün  böyük potensial formalaşmaqdadır. Xəzər dənizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi və bununla paralel olaraq nəqliyyat və logistika imkanları ildən-ilə genişlənir.  Yaxın illərdə Bakı Dəniz Limanının tranzit imkanları 25 milyon tona çatacaq.  Bu kontekstdə Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının  qaçılmaz olduğunu və bu istiqamətdə birgə səylərin gücləndiriləcəyini bəyan etmişdir: “Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin mövqeyini bölüşərək, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin bütün sahələrdə inkişaf etdirməkdə,  Şuşa şəhərində Türkiyə Respublikasının baş konsulluğunun açılmasında qərarlı olduğunu bəyan etmişdir. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Bu niyyətlərin reallaşması rəsmi Bakı ilə Ankara arasındakı münasibətlərə yeni töhfə olacaq.

XƏBƏR LENTİ
Siyasi / 15.06.2023 10:35
Ərdoğanın Azərbaycana səfəri strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır
Gündəm / 15.06.2023 09:00
Bu gün Millli Qurtuluş Günüdür
İqtisadi / 14.06.2023 22:05
“Quru yolunun bağlı olması Gürcüstandakı soydaşlarımızı dərindən narahat edir” – MÜRACİƏT
Gündəm, Video müsahibə / 14.06.2023 20:00
Məkrli erməni planının qurbanı Gərnibasar mahalı - FOTO - VİDEO
Maraqlı / 14.06.2023 15:11
Gərnibasar mahalının parçalanma planı – ANONS
Mədəni / 14.06.2023 14:30
Bir əsrdə üç dəfə qovulan Daşkəndin tarixi ilmələrdə - FOTO - VİDEO
Səhiyyə / 14.06.2023 13:18
Mərhum xalq artistinin eyni adlı nəvəsinin köməyə ehtiyacı var - FOTO
Mətbuat / 13.06.2023 19:01
Beş yaşı olan Report Media Məktəbində yeni təlim proqramı - FOTO - VİDEO
Siyasi / 13.06.2023 12:09
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının rəmzidir – MƏQALƏ
Gündəm, Sosial / 13.06.2023 09:02
Azərbaycan ilə İsrail arasında turizm axınını artırmaq əsas məqsəddir - FOTO
Hadisə, Video müsahibə / 12.06.2023 20:52
“Andranikin dəstəsi qocaları işgəncə ilə öldürürdü…” - FOTO - VİDEO
Siyasi / 12.06.2023 17:21
Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaradılmalıdır – TƏKLİF
Mətbuat / 12.06.2023 12:01
QƏRİB MƏZAR…
Sosial / 12.06.2023 09:15
İranda artıq “məcburi hicab” mərhələsi bitib – POLİTOLOQ
Təhlil / 11.06.2023 10:11
Nikol Paşinyanın məlum ikiüzlülüyü – gizlədilməyən riyakar xislət – TƏHLİL
Maraqlı, Siyasi, Video müsahibə / 09.06.2023 20:36
Kişi paltarı geyinən qadın erməni zülmündən necə qurtuldu? - FOTO - VİDEO
Gündəm / 09.06.2023 16:12
Cənubi Qafqazın taleyi Türkiyə-Azərbaycan müttəfiqliyi əsasında Şuşada möhürlənib – deputat
Maraqlı / 09.06.2023 14:01
“Ermənilərin əlinə qadın kimi düşməmək üçün kişi paltarı geyindim” – ANONS
Təhlil, Video müsahibə / 08.06.2023 20:38
Qərbi azərbaycanlıların qayıdışı – separatizmin bağlanan kitabı - FOTO - VİDEO
Dünya, Siyasi / 08.06.2023 15:04
Ermənistana etimadın yaranmasında Qərbi Azərbaycan amili – ANONS
Dünya, Təhlil / 08.06.2023 10:22
Kaxovka faciəsi – beynəlxalq ekoloji faciə – TƏHLİL
Sosial, Video müsahibə / 07.06.2023 20:41
Dərələyəz mahalı – Etnodemoqrafik dəyişikliklərin qurbanı - FOTO - VİDEO
Siyasi / 07.06.2023 17:34
Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - FOTO
Siyasi / 07.06.2023 14:53
Ermənilərin Dərələyəz mahalına köçürülməsinin sirri – ANONS
Mədəni / 06.06.2023 20:41
Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Təhlil / 06.06.2023 16:01
Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL