Mətbuat 03.08.2023 20:29

ASKEF-in Balkan turu – 1-ci yazı

Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib. 

Turun iştirakçısı Əli Vəliyev səfərlə bağlı 1-ci  yazısını Rakus.az-a təqdim edib:

– Bizim çoxdan səbirsizliklə gözlədiyimiz ASKEF-in təşkil etdiyi Balkan turunun vaxtı gəlib çatdı. Azərbaycandan 18 nəfər bu tura qatılmışdır. Turda türk və azərbaycanlı ASKEF üzvləri bir ailə kimi iştirak edəcəkdi və biz artıq Bolqarıstan Respublikasına vizamızı da almışdıq.

ASKEFİ-ni Genel Başkanı Savaş Ünal bəyin yüksək səviyyədə təşkil etdiyi bu turnir həm də Balkanlarda Ulu Türkün yazdığı tarixiə bir nəzər salmaq, Osmanlının tarixi yurdunu ziyarət etmək, ikinci minillikdə orada baş vermiş hadisələrin tarixi xronikasını öyrənmək məqsədi daşıyırdı. 10 gün müddətində biz proqram üzrə Balkanlarda olan Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Kosovo və Şimali Makedoniya dövlətlərini ardıcıllıqla gəzməli idik. Bildirirəm ki, Balkanların Avropa ittifaqına üzv olan (Şengen vizası daxilində olan) ölkələrə viza problemindən Yunanistan və Xorvatiyaya gedişimiz münkün olmadı.

Azərbaycan qrupu iyulun 14-də Bakıdan İzmirə uçdu və mən Vüqar müəllimlə qrupumuzu İzmir hava limanında qarşıladıq. Biz artıq iyulun 11-də İstanbula gəlmişdik və oradan da iyulun 14-də İzmirə üçduq. Azərbaycan qrupunun tərkibi aşağıdakı kimi idi: mən Əli Vəliyev, Vüqar Abduyev, Sona ismayılova, Lütviyyə Əsgərzadə, Rəna Məmmədova, Rəna Xudiyeva, İltifat Abbasov, Pəri Paşayeva, Svetlana Rüstəmova, Nailə Sadıqova, İradə Hacızadə, Suğra Bağırzadə, Emilya Qədirova, Sevda Abbasova, Sevda Muradəliyeva, Gülqədəm Mirzəzadə, Ümman Rüstəmli, Xədicə İsmayılova. İzmir hava limanında Azərbaycan qrupunu qarşılayanlar arasında Türkiyənin “Kaya Haber” ajansının qurucusu, professor, araşdırmaçı, yazar Zakir Kaya da vardı. Ona qrupumuzun adından təşəkkür edirik. Z.Kaya bəy hava limanındaca Azərbaycan qrupu ilə görüşərək həm kitablarını hədiyyə etdi və qrupumuzdakı yazarlar da öz kitablarınıona bəyə təqdim etdilər.

Artıq bizi Savaş Bəy başda olmaqla Türk dostlarımız hava limanının yaxınlığında avtobusda gözləyirdilər. Möhtəşəm bir görüşmə oldu. Turda bizim köhnə dostlarımız da vardı və bizim ilk görüşümüz bayrama çevrildi. Türkiyədən isə aşağıdakı dostlarımız turda iştirak edirdi: Mustafa Seçen, Nilgün Seçen, Kadır Altay, Serpil Altay, Yaşar Yaramış, Saliha Yaramış, Birkan Sel, Gülnihal Sel, Nuri Hoşçoloklar, Julide Hoşçolaklar, Nilay Hoşçolaklar, Nur Hoşçolaklar,Gürhan Tunc, Feray Tunc, Fevziye Aras, Teslime Çetin, Ayşe Çetin, Gülcan Esen Güleç, Pakize Yaşılyurt, Nejla Akyüz və ASKEF-in yaradıcısı və başqanı, hamımızın sevimlisi Savaş bəy Ünal. Yolçuuğumuza maraq qatan Savaş bəyin xanımı Qönçə xanım da Ədirnəyə qədər bizimlə getdi.

İzmirdən keçərək Çanaqqalaya gəldik və Türkün igidlik, mərdlik simvolu olan bu bölgədə 1-ci Dünya müharibəsində Türkün qələbəsində müstəsna rolu olan uzunluğu təxminən 4.000 metr olan Çanaqqala körpüsünü keçərək Ədrnə şəhərinə gəldik. Ədrnə şəhəri Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxınlığında yerləşir və növbəti yazılarımızda bu şəhər haqqında geniş yazacağam. Biz bu şəhərdə şam yeməyi yedik və mən həyatımda ilk dəfə olaraq burada qaraciyərdən hazırlanmış qizartma yedim. Çox dadlı idi. Şamdan sonra biz Bolqarstana tərəf yola düşdük. Bu da Türkiyə-Bolqarıstan sərhəd məntəqəsi…

(ardı var)

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO