Müsahibə 07.08.2023 20:00

“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi yazıçı, ssenarist və rejissor, Qarabağ qazisi Füzuli Sabiroğlu olub.

O, doğulub boya-başa çatdığı Kiçik Məzrə kəndindən söhbət açıb: “Qərbi Azərbaycanın hər bir dilbər guşəsi kimi Göyçə mahalı, Basarkeçər rayonu da əzizdir, doğma el-obadır. Tarixi torpaqlarımızın hər qarışı bizim üçün Vətəndir. Əgər Qarabağ muğamın beşiyidirsə, Göyçə də aşıq sənətinin mərkəzidir, beşiyidir. Qərbi Azərbaycanın hər bir bölgəsində bizim qədim mədəniyyətimizi özündə əks etdirən nişana, maddi-mənəvi-tarixi abidəyə rast gəlmək mümkündür. Mənim doğulduğum Kiçik Məzrə kəndində də VII əsrə aid Alban xristian məbədi var idi. Biz uşaq olanda o məbədin ətrafında oynayırdıq”.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən söhbət açan F.Sabiroğlu bildirib ki, 1919-cu ildə Kiçik Məzrə kəndinə də hücum edən silahlı daşnaklar burada yaşayan insanları qətlə yetirib, evlərini talayıb, ardınca da yandırıblar: “Kəndimizdəki məktəbin yaxınlığında düzənlik bir ərazi var idi. Orada bir balaca torpağı qazanda insan sümükləri çıxırdı. Böyüklərimiz danışırdılar ki, 1919-cu ildə daşnaklar kəndə hücum edəndə silahsız əhali bacardığı qədər onlara müqavimət göstərib. Köməksiz qalan qoca, qadın və uşaqları daşnaklar silah gücünə varlı bir bəyin qeyd etdiyim ərazidəki evinə və pəyəsinə, yəni tövləsinə toplayıb, heç kim bayıra çıxa bilməsin deyə qapını arxadan bağlayıblar. Ardınca tövləyə od vurub kənd camaatını diri-diri yandırıblar. Bəhs etdiyim ərazidə qazıntı aparanda üzə çıxsn sümük qalıqları o vaxt faciəvi şəkildə, qəddarcasına qətlə yetirilən günahsız azərbaycanlılara məxsus idi”.

Onun sözlərinə görə, ailələri XX əsrdə iki dəfə deportasiyaya məruz qalıb, erməni vəhşiliyinin, ayrı-seçkiliyinin qurbanı olub: “1948-1953-cü illərin deportasiyasında ailəmizi Kiçik Məzrədən zorla çıxarıb Azərbaycanın o zamankı Əli Bayramlı rayonunda məskunlaşdırıblar. Uzun illərdən sonra ailəmiz əvvəlcə Gədəbəy rayonuna, oradan da yenidən doğma kəndimizə qayıdıb.

Ailəmiz ikinci və sonuncu dəfə 1988-ci ildə Kiçik Məzrədən deportasiya olunub. O dövrləri yaxşı xatırlayıram. Kənd sakinləri, ümumilikdə Basarkeçər rayon camaatı, Göyçə eli dirəniş göstərir, etiraz aksiyaları keçirirdilər. Bu ayrı-seçkiliyə etiraz əlaməti olaraq keçirilən aksiyalarda, mitinqlərdə Göyçəyə muxtariyyət, özünüidarəetmə hüququ tələb edirdik”.

F.Sabiroğlu Qərbi Azərbaycan tarixini, mədəniyyətini əks etdirən sənədli və bədii filmlərin çəkilməsinin, tarixi torpaqlarımıza qayıtmaq uğrunda 35 illik mübarizəyə bu gün dövlət səviyyəsində dəstək verlməsinin əhəmiyyətindən də söz açıb, Azərbaycan türklərinin hüquqlarının təmin olunması üçün tarixi şəraitin yarandığını vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 7-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə, Video müsahibə / 07.08.2023 20:00
“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO
Təhlil / 07.08.2023 15:57
İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL
Mədəni / 06.08.2023 15:50
ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO
Maraqlı / 05.08.2023 19:53
Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Dünya, Təhlil / 05.08.2023 11:28
Nigerdəki hərbi çevrilişin sifarişçiləri kimlərdir – TƏHLİL - FOTO
Hadisə, Maraqlı / 04.08.2023 19:52
Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO
Maraqlı / 04.08.2023 14:01
Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı – ANONS
Siyasi, Təhlil / 04.08.2023 10:21
Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL
Mətbuat, Sosial / 03.08.2023 20:29
ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS
Dünya, Hadisə / 01.08.2023 20:00
Erməni bloqçunun etirafı: “Xalisada əsl faciə yaşanıb” - FOTO - VİDEO
Dünya, Təhlil / 01.08.2023 15:30
35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL
Dünya, Hadisə / 01.08.2023 13:54
Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – ANONS
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO
Təhlil / 31.07.2023 16:48
Rəsmi İrəvan və havadarlarının saxta ittihamı – TƏHLİL
Hadisə, Maraqlı, Video müsahibə / 29.07.2023 21:47
1987-ci ildə yazılmış ərizə nədən xəbər verir? - VİDEO
Hadisə, Maraqlı / 28.07.2023 20:07
“Dəmirçiyanın sifarişi ilə bibim oğluna iynə vurub öldürdülər” - FOTO - VİDEO
Hadisə / 28.07.2023 14:19
“Babam 1905-ci ildə daşnakların təqibi ilə qətlə yetirildi”- ANONS
Dünya, Siyasi / 27.07.2023 19:38
Qərbi azərbaycanlıların və yəhudilərin oxşar taleyi - FOTO - VİDEO
Dünya, Siyasi / 27.07.2023 14:14
Paşinyan Qərbi azərbaycanlılardan niyə qorxur? – ANONS - VİDEO
Dünya, Siyasi / 26.07.2023 19:37
Rusiyaya qarşı üsyan qaldıran Pəmbək türkləri - FOTO - VİDEO
Dünya, Təhlil / 26.07.2023 17:40
Moskvanın Brüssel həmləsi – Rusiya sülh tərəfdarıdırmı? – TƏHLİL
Siyasi / 26.07.2023 14:51
Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – ANONS