Siyasi 10.08.2023 19:39

Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi azərbaycanlıların qayıdışı üçün ümidlər artır” adlı süjetdə Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşlərin qərbi azərbaycanlıların zorla ləğv edilən vətəndaşlıqlarının bərpası üçün ümid yaratdığı. Ermənistan ictimaiyyəti, KİV və siyasi dairələrində Qərbi azərbaycanlıların repatriasiyası məsələsini dilə gətirməyə başladıqlarə vurğulanır.

Bildirilir ki, Bakı ilə İrəvan arasındakı danışıqlara qərbi azərbaycanlılar nikbin yanaşdıqları halda, Azərbaycanın Xankəndi şəhərindəki separatçıların tör-töküntüləri yaranmış vəziyyəti fonunda narahatlıq keçirirlər: “Onlar qondarma iddialarını müdafiə etməklə törətdikləri cinayətlərdən yayınmağa səy göstərirlər. Çünki Azərbaycnala Ermənistan arasında sülhün imzalanması tərəflər arasında problemli məsələlərin həlli deməkdir”.

Süjetdə bu il iyulun 25-də Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda görüşə,  həmin gün Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında utanmazcasına “sovet Ermənistanını tərk etmiş azərbaycanlılar” ifadəsini işlətməsinə diqqət çəkib.

Paşinyan və onun kimi düşünənlərin diqqətinə çatdırılır ki, Qərbi Azərbaycan da daxil olmaqla bütövlükdə indiki Ermənistan Azərbaycanın qədim tarixi və müasir dövrdə torpaqlarıdır: “1988-ci ildə və ondan sonra ermənilərlə sovet əsgərləri onları evlərindən qovub. Yəni 250 min qərbi azərbaycanlı Ermənistan vətəndaşlığından zor və güc tətbiqi ilə məhrum edilib. Ermənilərin isə Azərbaycan Respublikası ərazisinə gəldikləri gün, ay və il bütün tarix kitablarında açıq-aydın yazılıb. İndiki və gələcək Ermənistan hakimiyyəti Azərbaycana minnətdar olmalıdı ki, rəsmi Bakı Qarabağdakı ermənilərə vətəndaşlıq verməkdən imtina etmir. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində bu hüququ tanımağa söz verir”.

Süjetdə Ermənstanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın  ölkəsində yaranacaq anklavlar da “85-100 azərbaycanlının məskunlaşması ciddi problemdir” fikrinə də münasibət bildirilir.

Sonda qayıdış məsələsinin İrəvanda artıq etiraf olunduğu, azərbaycanlıların pozulmuş vətəndaşlıq hüquqlarının bərpasının həm də  Ermənistanın bir dövlət kimi gələcəyinə təminat sayılacağıi vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO
Mədəni / 08.08.2023 10:05
ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO
Müsahibə, Video müsahibə / 07.08.2023 20:00
“Göyçəyə muxtariyyət tələb edirdik…” - VİDEO
Təhlil / 07.08.2023 15:57
İran və Livan rəsmi İrəvanın müdafiəçisi rolunda – TƏHLİL
Mədəni / 06.08.2023 15:50
ASKEF-in Balkan turu – 2-ci yazı - FOTO
Maraqlı / 05.08.2023 19:53
Nüvədi gizlinləri – Türk dilində ən qədim yazı tapıldı – ANONS
Dünya, Təhlil / 05.08.2023 11:28
Nigerdəki hərbi çevrilişin sifarişçiləri kimlərdir – TƏHLİL - FOTO
Hadisə, Maraqlı / 04.08.2023 19:52
Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO
Maraqlı / 04.08.2023 14:01
Erməni zülmü və xəyanəti – Həsənovlar ailəsinin dramı – ANONS
Siyasi, Təhlil / 04.08.2023 10:21
Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL
Mətbuat, Sosial / 03.08.2023 20:29
ASKEF-in Balkan turu – 1-ci yazı
Dünya, Siyasi / 03.08.2023 19:38
İrəvanı narahat edən Qərbi Azərbaycan havası - FOTO - VİDEO
Dünya, Sosial / 03.08.2023 13:58
Ani Badalyan – zəhərlənmiş beyinin güzgüsü – ANONS
Gündəm / 02.08.2023 19:43
Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Maraqlı / 02.08.2023 13:35
Səkkiz kəndi dağıdılan Sərdarabad mahalı – ANONS
Dünya, Hadisə / 01.08.2023 20:00
Erməni bloqçunun etirafı: “Xalisada əsl faciə yaşanıb” - FOTO - VİDEO
Dünya, Təhlil / 01.08.2023 15:30
35 illik ziddiyət – sülh müqaviləsinə kim mane olur? – TƏHLİL
Dünya, Hadisə / 01.08.2023 13:54
Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – ANONS
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO
Təhlil / 31.07.2023 16:48
Rəsmi İrəvan və havadarlarının saxta ittihamı – TƏHLİL