Müsahibə 28.08.2023 20:00

Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Telli Pənahqızı olub.

O, Qərbi Azərbaycanın Vediabasar mahalının Böyük Vedi kəndindən, uşaqlıq və yeniyetməlik illərini keçirdiyi qədim yurd yerimizdən geniş söhbət açıb. İllər boyu tarixi torpaqlarımıza həsrət qaldığımızı diqqətə çatdıran T.Pənahqızı daim o yerlərin xəyalı ilə yaşadığını vurğulayıb.

Əməkdar mədəniyyət işçisi T.Pənahqızı qeyd edib ki, yurd, el-oba sevgisi heç vaxt insanı tərk eləmir: “Biz doğma torpaqlarımıza mütləq qayıdacağıq. Qərbi Azərbaycandan soydaşlarımızı dəfələrlə deportasiya edib, kütləvi qırğınlara məruz qoyublar. Amma bir müddət sonra insanlarımız təkrar o yerlərə qayıdıblar. Çünki Vətən sevgisi insanı tərk eləmir. Njde və Andronikin silahlı dəstələri 1918-ci ildə kəndlərimizi, o cümlədən Qarabağları viran qoyub, azərbaycanlıları qətlə yetirib, talançılıqla məşğul olublar. Sanki bizdən Abasqulu bəy Şadlinskinin heyfini çıxıblar. Qarabağlar kəndində iclas adı ilə azərbaycanlıları bir kluba doldurub diri-diri yandırıblar. Üstündən illər keçsə də faciəvi hadisənin baş verdiyi həmin ərazidə ot da bitmirdi. Sonrakı illərdə də daim ermənilərin bizə qarşı soyuq münasibətini hiss etmişik”.

Prezident təqaüdçüsü T.Pənahqızı deyib ki, vaxtilə babasının ailəsi də deportasiyaya məruz qalıb, məcburən öz kəndlərini tərk edib: “Müəyyən vaxt keçəndən sonra geri qayıdanda görüblər ki, evlərini ermənilər zəbt ediblər. Babam xəstəlik tapıb və vəfat edib, nənəmgil günlərlə küçədə gecələməli olublar. 1948-53-cü ilin deportasiyasından sonra 1960-cı illərə təsadüf edən səssiz köç də baş verib. Ermənilər azərbaycanlılara elə şərait yaradıblar ki, insanlar ailələrinin, uşaqlarının gələcəyi naminə səssizcə Vətənlərini tərk edib indiki Azərbaycana pənah gətiriblər. Atam 37 yaşı olanda mədəsindəki adi xəstəliklə əlaqədar əməliyyat üçün İrəvandakı xəstəxanaya aparılıb, cəmi iki gün sonra onun meyitini gətiriblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kəndlərimizə basqın edib əhalini zorla evlərindən çıxarıblar. Ermənilər bir çox iblisvari hərəkətlərə yol verməklə azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar”

El-oba həsrətini, yurd nisgilini daim öz yaradıcılığında nümayiş etdirən T.Pənahqızı bildirib ki, indi başlıca hədəf Qərbi Azərbaycana qayıtmaqdır: “Azərbaycan Prezidenti İlham Əliyev təkbaşına bir ordunun işini görür. O 44 günlük Vətən müharibəsində sadəcə ermənilərlə deyil, dünya erməniliyi ilə, onların havadarları ilə mübarizə apardı. Bu gün biz işğaldan azad olunan Qarabağa qayıdırıqsa, bu, Azərbaycan xalqının və onun liderinin, Müzəffər Ali Baş Komandanının uğurudur, qələbəsidir. Biz hamımız onun ətrafında birləşərək cəkici bir yerə vurmalı, həmrəylik nümayiş etdirməliyik. Hazırda isə bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bu qayıdışın təmin olunmasında Azərbaycan qadınlarının, analarımızın da üzərinə böyük məsuliyyət və iş düşür. Onların təlim-tərbiyəsi, övladlarına aşıladıqları Vətən sevgisi sayəsində əminəm ki, böyük köç geri qayıdanda gənclərimiz ön sıralarda olacaqlar”.    

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 28-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?
Siyasi, Sosial / 23.08.2023 14:01
“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” – ANONS - VİDEO
Sosial / 23.08.2023 10:01
Bakıda dövlət qurumları əməkdaşları üçün təlim təşkil olunub - FOTO
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS
Siyasi, Sosial / 16.08.2023 19:42
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO
Hadisə, Sosial / 16.08.2023 13:19
Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Mədəni, Sosial / 16.08.2023 11:25
ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO
Hadisə / 15.08.2023 19:58
Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO
Gündəm / 14.08.2023 20:00
“Qərbi azərbaycanlıların geri dönüşü erməniləri rəzillikdən xilas edəcək”
Gündəm, Siyasi, Təhlil / 14.08.2023 16:00
İqnatius və Vardanyanın türklərə qarşı qərəzli və kinli niyyəti – TƏHLİL
Müsahibə / 14.08.2023 10:29
“Gənclərimiz tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar” – ANONS