Mətbuat 29.08.2023 19:53

Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçısı Ermənistanın Azərbaycan abidələrini dağıtmasını etiraf etdi” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tanınan etnoqraf alim, yazıçı, Ermənistan PEN Mərkəzinin qadın bölməsinin rəhbəri, beynəlxalq təşkilatların milli koordinatoru Lusine Xaratyan çıxışlarında özünün bədii əsərlərində millətçilik, şovinizm elementlərinin əmələ gətirdiyi sağalmaz fobiyalardan yaranan xəstəliyin qurbanlarını ustalıqla təqdim edir.

Xəstə erməni milliyyətçiliyinin əsas daşıyıcılarından olan yazıçı Ermənistanı distopiya məkanı kimi göstərir, özünün antiutopik görüşləri prizmasında çağdaş erməni insanının qorxular məngənəsini təsvir edir.

Müəllif ətrafda hər xalqı düşmən kimi görüb ona silah qaldırılan Ermənistanın böyük dalan olduğunu qabardır.

Bildirilir ki, Qarabağda guya erməni soyqırımı aparıldığını bəyan edib, petisayalar yaradan müəllif öz bədii əsərlərində tənqid etdiyi obrazlara çevrilib, rişxənd etdiyi “Erməni xəstəliyi” diaqnozu onun ictimai fəaliyyətində açıq görünür.

Rəzil ideyalar məngənəsində olan etnoqraf alim erməni vandalizmini növbəti dəfə ifşa edir, dini obyektlər və ziyarətgahlardan söz açır, obyektiv araşdırma iddiası ilə tarixi gerçəyi saxtalaşdırmağa cəhd edir, Qərbi Azərbaycanda olan oğuz türklərinə məxsus abidələrin taleyindən  danışır.

Verilişdə diqqətə çatdırılır ki, erməni millətçiliyi ilə silahlanan L.Xaratyan Ermənistanın rəsmi dövlət siyasətində azərbaycanlılara məxsus abidələrə qarşı vandalizm addımları etiraf etməyə bilmir: “Çünki nə qədər çalışsa da ən sadə gerçəklər və göz ünündə olan faktları danmaq mümkün deyil. Azərbaycanlıların Qərbi Azərbaycanda olan maddi və qeyri-maddi mədəniyyət nümunələrinin taleyini bir çox araşdırmalarında ön plana çəkir və ölkəsinin, vətəndaşların, elmi ictimaiyyətin, din xadimlərinin, hətta adi insanların burada olan Azərbaycan-Türk izlərini silmək, onu dağıtmaq niyyətini, vandalizmini etiraf edir”.

Bundan əlavə, erməni yazıçının Ermənistanda azərbaycanlıların qəbir yerlərinin dağılması, abidələrinə qarşı vandalizmi, indiki Ermənistanda dövlət səviyyəsində Azərbaycan izlərinin saxtalaşdırılması, Meğridə olan türbələrin tarixinin saxtalaşdırılması, Zəngəzurda Babəkin və Buğa əl-Kəbirin  sərdabələrinin təhlükədə olması ilə bağlı açıqlamalarına da yer verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?
Siyasi, Sosial / 23.08.2023 14:01
“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” – ANONS - VİDEO
Sosial / 23.08.2023 10:01
Bakıda dövlət qurumları əməkdaşları üçün təlim təşkil olunub - FOTO
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS
Siyasi, Sosial / 16.08.2023 19:42
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO
Hadisə, Sosial / 16.08.2023 13:19
Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Mədəni, Sosial / 16.08.2023 11:25
ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO
Hadisə / 15.08.2023 19:58
Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO
Gündəm / 14.08.2023 20:00
“Qərbi azərbaycanlıların geri dönüşü erməniləri rəzillikdən xilas edəcək”