“Azərbaycan Silahlı Qüvvələri ilə bağlı yayılan şayiələrə, yalan məlumatlara inanmayın. Belə məlumatlar yaymaqla onlar sizin fikrinizi yayındırmağa, dinc əhali arasında çaxnaşma salmağa çalışırlar”.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə növbəti müraciətində deyilir.
“Mülki əhali Azərbaycan Silahlı Qüvvələrinin hədəfi olmayıb və olmayacaq. Azərbaycan dövləti sizin təhlükəsizliyinizə təminat verir”, – müraciətdə bildirilib.