İdman 22.09.2023 17:21

Hikkəli norveçli müəllimlə bağlı xatirə – “Qarabağ”ın təntənəsi – TƏHLİL

İdman yarışları emosiyaların təntənə yeridir. Bu baxımdan qarşılaşmaları bayram tədbiri də adlandırmaq olar.

Sentyabrın 21-də Ağdamın “Qarabağ” klubu azərbaycanlı futbolsevərlərə Norveç “Molde”si üzərində 1:0 hesablı qələbə ilə gözəl ovqat yaşadıb. Bununla da “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

İdman siyasətə qatılmır. Onu ayrı tuturlar. Hətta diplomatik əlaqəsi olmayan dövlətlərin idmançıları bir-biri ilə qarşılaşır. Məsələn, İsrail idmançıları iranlı həmkarları ilə üz-üzə gəlməkdən heç vaxt imtina etməyiblər. Yaxud Azərbaycan idmançıları da Ermənistandan olan həmkarları ilə daim qarşılaşıblar. Bu görüşlərdə hər iki tərəfdən udan da, uduzan da olur. Məğlub olanda vətəndaşı olduğu ölkədə ona təzyiq və ya təqib edilmir və s.

Yeri gəlmişkən, sentyabrın 21-də Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında Ermənistandan olan Malxas Amonyana qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib. Güləşçi qızıl medal uğrunda qırğızıstanlı Akjol Mahmudovla görüşərək.

İdman yarışı həm də sosial və mədəni hadisəsidir. Norveç klubu da məğlubiyyətə görə ölkəsində təzyiqlə üzləşməyəcək.

Bu qarşılaşma bir hadisəni yada saldı. Düz 20 il əvvəl, Bakıda bir norveçli müəllimlə görüşmüşdük. Onunla bir sıra tarixi, siyasi, mədəni məsələlər, demokratiya, onun dəyərləri ilə bağlı fikir mübadiləsi etdik. Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdaldan danışdıq. Bu araşdırmaçının adını eşidəndə müəllim qımışdı və onun düşüncələrini “əfsanə” adlandırdı. Norveçlilərin türklərlə genetik qohumluğu haqqında nəzəriyyəni qəbul etmədiyini bildirdi. Əlbəttə, ona zorla “sən türkdən əmələ gəlmisən” deməyəcəkdik. Türklərin nə indi, nə də onda buna ehtiyacı var. Sadəcə, bir norveçlinin düşüncəsi olduğu üçün bu barədə də söhbət düşdü.

Futboldan da danışdıq. Norveçli müəllim təkəbbürlə dedi: “Sizə demokratiyanı da, futbol oynamağı da öyrədərik”. Onun bu iddialı, yekəxana danışığını belə cavablandırdıq: “Bizim işimizə qarışmayın, özümüz yolumuzu tapacağıq”.

Sonradan məlum oldu ki, Norveç “Statoil”un Azərbaycanla bağlı layihəsinin keçməsini istəyirmiş. Bu istəyi təmin olunandan sonra norveçlilərin bütün başqa hikkəli davranışı dayandı.

Xatırladaq ki, vaxtilə İranın keçmiş dövlət başçısı Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin adı Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanmasında və 30 milyon dollarlıq korrupsiyada hallanıb. Bu işi “Statoil”un korrupsiya işi” də adlandırırlar. Norveçin hüquq-mühafizə orqanlarının rəsmi ittihamına görə, “Statoil” neft müqavilələrinin imzalanmasını təmin etmək üçün İrandakı mühüm siyasi fiqurlara, habelə o vaxt İran Neft Şirkətində beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edən Mehdi Haşimiyə 15,2 milyon dollar ödəyib. Korrupsiya qalmaqalı 2003-cü il sentyabrın 3-də Norveçin “Dagens Næringsliv” qəzeti tərəfindən ifşa edilmişdi. Bu iş Qərb mediasında səs-küy salsa və “Statoil” Norveç məhkəmələri tərəfindən təqsirli bilinsə də, İran tərəfi M.H.Rəfsəncanini cəzalandırmamışdı.

Həmin hadisələrdən 20 il keçib. O vaxtdan sonra Norveç futbol üzrə dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. Sosial ədalət baxımından dünyanın ən təminatlı dövlətlərindən sayılsa da, təəssüf ki, Anders Berinq Breyvik adlı terrorçu da bu ölkənin vətəndaşıdır. Onun 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsində törətdiyi terror nəticəsində 77 nəfər ölmüş, 97 nəfər yaralanmışdı. Nə qədər təzadlı sayılsa da, bu, Norveç demokratiyasının törəməsi idi.

Azərbaycan isə ötən 20 ildə torpaqlarını işğaldan azad edib. İşğaldan azad edilən, ermənilərin dağıtdığı şəhər və kəndlər abadlaşır, yenidən qurulur. Azərbaycanla Ermənistan arasında birbaşa, kənar müdaxilə olmadan görüşlər keçirilir. Müdaxilə olmadan yol tapılır.

Azərbaycan da Norveç kimi futbol üzrə dünya çempionu olmayıb. Hansısa nüfuzlu turnirin final mərhələsinə yüksəlməyib. Ancaq bu da olacaq. Çünki 20 il əvvəl Norveçin klubunu məğlub etmək mümkün deyildi. İndi isə bunu kənar müdaxilə olmadan, yerli baş məşqçinin rəhbərliyi altında bacarırıq. Odur ki, bir-birinin işlərinə müdaxilə cəmiyyətlərin inkişafına heç də həmişə yardım etmir. ATƏT-in keçmiş Minsk qrupunun 30 illik fəaliyyəti kimi. Cəmiyyət təbii inkişafı ilə daha böyük uğur əldə edir. Tərəqqi yoluna mane olan ünsürlərin aradan qaldırılmasının isə bütövlükdə qlobal önəmi var. Təkəbbür, hikkə və yekəxanalıq qıcıq yaradır, etibarın üzərinə kölgə salır. Norveçə də həmişə örnək olmağı arzulayaq…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
İdman, Təhlil / 22.09.2023 17:21
Hikkəli norveçli müəllimlə bağlı xatirə – “Qarabağ”ın təntənəsi – TƏHLİL
Maraqlı, Sosial / 22.09.2023 13:45
“Vətən həsrəti ağır dərddir” – Nazirə Dəmirçiyevanın həyat hekayəsi – ANONS
Müsahibə / 21.09.2023 20:09
“İrəvan- tariximizin məbədidir” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm / 21.09.2023 17:11
PA-dan Yevlax görüşü barədə AÇIQLAMA
Siyasi / 21.09.2023 17:00
Qarabağın erməni sakinlərinə müraciət: “Azərbaycan dövləti təhlükəsizliyinizə təminat verir” - VİDEO
Siyasi, Təhlil / 21.09.2023 16:25
Qarabağda kəsilən atəş səsləri – ümidlər, gözləntilər – TƏHLİL
Gündəm / 21.09.2023 14:16
Görüş bitib və ermənilər Yevlaxı tərk ediblər - VİDEO
Hadisə, Maraqlı / 20.09.2023 20:03
Ermənilər Qafanda azərbaycanlılara niyə çörək verməyiblər? - VİDEO
Dünya, Təhlil / 20.09.2023 16:39
Birgünlük antiterror tədbiri – mat olan erməni havadarları – TƏHLİL - FOTO
Hadisə / 20.09.2023 14:29
Ermənilər 36 il sonra Qafanda törətdikləri cinayəti etiraf etdi – ANONS
Hərbi / 20.09.2023 13:13
Antiterror tədbirlərinin davam etməsi ilə bağlı daha bir brifinq - VİDEO
Gündəm / 20.09.2023 13:06
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş olacaq
Gündəm, Hərbi / 20.09.2023 10:03
Müdafiə Nazirliyinin növbəti brifinqi - VİDEO
Hərbi / 19.09.2023 19:06
Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı brifinqi - VİDEO
Mətbuat / 19.09.2023 18:39
Baku TV “Azerspace” peykində yayıma başladı
Gündəm / 19.09.2023 17:50
Ermənilərə çağırış: “Övladlarınızı mənasız ölümdən xilas edin” - VİDEO
Gündəm, Hərbi / 19.09.2023 17:20
Dörd qurum birgə mətbuat konfransı keçirib - VİDEO
Təhlil / 19.09.2023 17:17
Məhbus mübadiləsinin sirri – TƏHLİL
Gündəm, Siyasi / 19.09.2023 17:00
Paşinyan danışdı: “Hazırda Ermənistanın sərhədlərində sakitlikdir”
Gündəm, Hərbi / 19.09.2023 16:48
Qarabağda lokal antiterror tədbirləri ilə bağlı brifinq - VİDEO
Gündəm / 19.09.2023 16:23
Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə növbəti çağırış - VİDEO
Gündəm / 19.09.2023 13:47
Qarabağda yaşayan erməni sakinlərinə çağırış - VİDEO
Müsahibə, Video müsahibə / 18.09.2023 20:12
“Qovulduğumuz üçün nə evimizi dəyişə bildik, nə də əşyalarımızı götürə bildik” - FOTO - VİDEO
Mədəni / 17.09.2023 19:58
Üzərində Göytürk yazısı olan Haqqıxlı xalçası - FOTO - VİDEO
Maraqlı, Mədəni / 16.09.2023 20:01
Göyçə mahalının aranı hesab edilən Pəmbək kəndi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 15.09.2023 19:54
“Harada pul varsa, ora erməni üçün vətəndir”y - FOTO - VİDEO