İdman 27.10.2023 10:36

Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO

Zəfər Günü (8 Noyabr) münasibətilə sabah, oktyabrın 28-də  və 29-da Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində sonuncu, 3-cü turun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, bu görüşlərin nəticəsində noyabrın 4-də baş tutacaq yarımfinal oyunlarının 4 iştirakçısı tam bəlli olacaq.

A qrupu üzrə “Göyçə” ilə “Loru-Borçalı”,  B qrupu üzrə “İrəvan” – “Qərbi Azərbaycan” qarşılaşması olacaq. Görüşlər saat 19:30-da və 20:30-da başlayacaq. Oyunları AFFA kökənli hakimlər idarə edəcək.

Komandaların heyətləri belədir:

“Göyçə”-Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu,  Cəlal Məmmədov, Xəqani Mazanov, Ramin Məmmədov, Samir Həsənov, Cavid Məmişov, Tahir Ələsgərov, Abdulla Mustafayev, Məhəmməd İsmayılov, Emil Hümbətov.

“Loru-Borçalı”-Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qəhrəmanov.

“İrəvan”-Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.

“Qərbi Azərbaycan”-Fuad İsmayılov, Ramin Qurban,  Abbasəli Yadigarov, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağayev, Xəzər Əzizov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov, Fərid Səlimov, Səlim Rəhimzadə.

Oktyabrın 29-də isə A və B qrupu üzrə 2 oyun baş tutacaq.

B qrupunda “Qaraqoyunlu”- “Zəngəzur”, A qrupunda isə “Ardanış” – “Çəmbərək” ilə yaşıl sahəyə çıxacaq.

Heyətlər belədir:

“Qaraqoyunlu” – Natiq Vəliyev, Elvin Bayramov, Orxan Gülməmmədli, Sirac Məmmədli, Ayxan Abbasov, Əli Quliyev, Rəşad Məmmədalıyev, Elmar Bağırov, İmaməddin Zeynalov, Rəşad Quliyev, Əsgər İbrahimov.

“Zəngəzur” – Cavidan Şükürov, Fərid Ramazanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Anar Əhmədov.

“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.

“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Azad Əliyev, Murad Məmmədov.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçiriləcək.

28 oktyabr

A qrupu

19:30 “Göyçə” – “Loru-Borçalı”

B qrupu

20:30 “İrəvan” – “Qərbi Azərbaycan”

29 oktyabr

B qrupu

19:30 “Qaraqoyunlu”- “Zəngəzur”

A qrupu

20:30 “Ardanış” – “Çəmbərək”

Hazırda A qrupunda “İrəvan” 6 xala sahibdir. Bu komanda son oyunda qrupda axırıncı yerdə qərarlaşan “Qərbi Azərbaycan”dan daha 3 xal almaqla qrupu lider başa vurmaq istəyir.

Hərəyə 3 xal toplayan “Göyçə” ilə “Loru-Borçalı” komandalarına isə növbəti mərhələyə keçmək üçün qələbə qane edir. Heç-heçə qeydə alındığı təqdirdə nəticəni top fərqi həll edəcək.

B qrupunda isə qrup birincisi olmaq üçün “Çəmbərək” ilə “Ardanış” tər tökəcək. Qalibiyyət və bərabərlik halında da bu heyətlər yarımfinala vəsiqə qazanacaqlar. Uduzan komanda qrupda ikinci yerlə kifayətlənəcək.

“Qaraqoyunlu” ilə “Zəngəzur” qarşılaşması ciddi əhəmiyyət daşımasa da komandalar turniri əliboş tərk etmək istəməyəcəklər.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv),  “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.

Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.

XƏBƏR LENTİ
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Dünya, Siyasi / 31.10.2023 14:00
Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Hərbi / 29.10.2023 21:26
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
İdman / 28.10.2023 21:31
“Loru-Borçalı” adını yarımfinalçılar sırasına yazdırıb
Gündəm / 28.10.2023 19:50
Bayandur xanın məzarı yerləşən Toxluca kəndi
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO