Siyasi 31.10.2023 19:53

Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda ciddi demoqrafik fəlakət yaşandığı qeyd olunur.

Bildirilir ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün  köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür.

Diqqətə çatdırılır ki, reportajdan və erməni mətbuatında vaxtaşırı verilən təhlillərə əsasən, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir: “Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50%-dən çoxu yoxsul vəziyyətində yaşayır”.

Vurğulanır ki, Qarabağdan gələn əhali də bu vəziyyəti görüb fürsətdən yararlanaraq qaçqın kimi Avropaya üz tutmaq istəyirlər: “Ermənistanda onları aclıq və səfalət gözlədiyindən yaranmış vəziyyətdən faydalanmaq üçün Fransa səfirliyi önündə aksiyaları davam etdirilər. Onlar humanitar sığınacaq tələb edir və söyləyirlər ki, artıq 4 mindən çox Qarabağ ermənisi Ermənistanı tərk edib. Buna səbəb isə Ermənistanın gələcəyinin yoxluğudur. Ermənistan hakimiyyəti heç vaxt bizim üçün heç nə etməyib. Qabağda bizim üçün evlər tikilirdi və bu evlərin tikintisinə guya 21 milyard dramdan çox pul ayrılıb. Axırda Qarabağı itirdik. Hər şeydə Rusiya və Qarabağ hakimiyyəti günahkardır, bütün sakinləri aldatdılar. 2020-ci ildə hansısa sənədlərə qol çəkdilər, axırda hamımız belə vəziyyətə düşdük, bilmirik ki, bizi qarşıda nə gözləyir”.

Verliş sonunda qeyd olunur ki, 1988-ci ildə Ermənistanda öz tarixi yurdlarından dinc əhalini xüsusi amansızlıq ilə qovub, evlərini, mülklərini, talan edib, tarixi, mədəni abidələrini dağıdan, vandalizm törədən Ermənistan Qarabağda Azərbaycan əhalisinə qarşı törətdiyi ən qəddar cinayət və xüsusi amansızlıqla dağıdıcı əməllərinə görə təzminat vermək əvəzinə,  daha rahat yaşamaq üçün xarixi ölkə səfirliklərinin qarşısına yığışan erməniyə görə təzminat tələb etməsi erməni həyasızlığından başqa bir şey deyil: “Bu əsl erməni xislətidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO