Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Zəfər Günü (8 Noyabr) münasibətilə sabah – noyabrın 1-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində yarımfinal oyunları başlayır.
Rakus.az xəbər verir ki, ilk olaraq saat 20:00-da A qrupunun lideri “İrəvan” ilə B qrupunun 2-si “Ardanış” qarşılaşacaq.
Eyni gücə sahib olan hər iki komanda adını finala yazdırmaq üçün tər tökəcək.
Bu görüşdən sonra saat 21:00-da B qrupunun birincisi “Çəmbərək” A qrupunun ikincisi “Loru-Borçalı”nı sınağa çəkəcək. Bu komandaların da güc balansı eyni qiymətləndirilmir. Lakin oyunların kimin üçün fərq və həyacan yaradacağı maraq doğurur.
Bu görüşlərin nəticəsində noyabrın 5-də final və 3-cü yer uğurunda keçiriləcək oyunlarda mübarizə aparacaq komandalar məlum olacaq.
Heyətləri belədir:
“İrəvan”-Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.
“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.
“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Azad Əliyev, Murad Məmmədov.
“Loru-Borçalı”-Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qəhrəmanov.
Ounlar Bakı Tennis Akademiyasında keçiriləcək və oyunları AFFA kökənli hakimlər idarə edəcəklər.
Komandaların xal durumu:
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.