“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Zəfər Günü (8 Noyabr) münasibətilə sabah – noyabrın 1-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçirilib.
Rakus.az xəbər verir ki, oyunları AFFA-nın hakimi Kamil Aydınov idarə edib.
İlk olaraq A qrupunun lideri “İrəvan” ilə B qrupunun 2-cisi “Ardanış” sahəyə çıxıb. İlk iki qolu “Ardanış”dan Hüseyn Qarayev, İsa İsayev vurub.
Birinci hissənin sonunda” İrəvan” Ülvi Əliyevin qolları ilə hesabı bərabərləşdirib – 2:2
Komandalar bu hesabla fasiləyə çıxıblar.
Fasilədən sonra heyətlər təzyiqi gücləndiriblər. “İrəvan” daha təmkinli oyun nümayiş etdirib və hücumçusu Ümman Ağamalıyevin qolu ilə önə çıxıb.
Lakin oyunun sonunda “Ardanış” Hüseyn Qarayevin ikinci qolu ilə hesab 3:3 başa çatıb.
Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb.
Sonra turnirin qaydalarına əsasən, penaltilər seriyası başlayıb.
“Ardanış”dan Zaur Hüseynov, Kamran Əliyev, Hüseyn Qarayev 11 metrlik zərbələri dəqiq yerinə yetirib. Emin Musa isə qapıçının aldatsa da topu qapının üst dirənə vurub.
“İrəvan”dan Ümman Ağamalıyev, Valeh Mehralıyev, Rauf Əmiraslanov, Ülvi Əliyev, İlkin Ələsgərov penaltiləri dəqiq və ustalıqla qola çeviriblər. Nəticədə 5:3 hesablı qələbə qazanan “İrəvan” adını finala yazdırıb.
Qollar: Ülvi Əliyev 2, Ümman Ağamalıyev.
Hüseyn Qarayev 2, İsa İsayev
Bu görüşdən sonra B qrupunun birincisi “Çəmbərək” A qrupunun ikincisi “Loru-Borçalı” ilə qarşılaşıb.
Oyunun əvvəlində “Çəmbərək” Ramazan Abbasov, Azad Əliyevin iki qolu ilə önə keçib. “Loru-Borçalı” dan Anar Verdiyev hesab fərqini birə endirib.
Fasilədən sonra Ramiz Hüseynov ilə Azad Əliyev hesabı 5:1 çatdırıb. Ardınca rəqibdən Səhman Xasıyev və Nəcəf Nəcəf zadə fərqləniblər. Ramazan Abbasovun qolu ilə hesab 7:6 olub.
Gərgin mübarizə, müxtəlif epizodlar və qarşılıqlı hücumlarla zəngin olan bu oyunda cəmi 13 qol vurulub.
Bununla da 7:6 hesabı ilə rəqibindən üstün olan “Çəmbərək” adını finala yazdırıb.
Qollar: Azad Əliyev 3, Ramazan Abbasov 3, Ramiz Hüseynov,
Səhman Xasıyev 3, Nəcəf Nəcəfzadə 2, Anar Verdiyev
1 noyabr
Yarımfinal
20:00 A1-B2
“İrəvan” – “Ardanış” – 5:3
21:00B1-A2
“Çəmbərək” – “Loru-Borçalı” – 7:6
Noyabrın 5-də final qarşılaşmasında “İrəvan” və “Çəmbərək”, üçüncü yer uğrunda görüşdə isə “Ardanış” – “Loru-Borçalı” ilə üz-üzə gələcək. Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
5 noyabr
19:00 – III yer uğrunda görüş
FİNAL
20:00
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verib.