Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turniri davam edir.
Rakus.az xəbər verir ki, noyabrın 1-də turnirin yarımfinal oyunları baş tutub.
A və B qrupü üzrə birinci və ikinci yeri tutan komandalar qarşılaşıb.
Meydana ilk olaraq “Ardanış” və “İrəvan” komandaları çıxıb. Böyük maraq doğuran bu qarşılaşmada komandalar əsas və əlavə vaxtda sahədən sülhlə ayrılıblar – 3:3. Penaltiləri “İrəvan” daha dəqiq yerinə yetirib və 5:3 qalib gəlib.
“Çəmbərək” – “Loru-Borçalı” oyunu da gərgin keçib. Baxımlı mübarizə şəraitində keçən görüşdə qapılardan 13 qol keçib. “Çəmbərək” sahədən qələbə ilə ayrılıb – 7:6
1 noyabr
Yarımfinal
20:00 A1-B2
“İrəvan” – “Ardanış” – 5:3
21:00B1-A2
“Çəmbərək” – “Loru-Borçalı” – 7:6
Hazırda bombardirlik siyahısına 12 qolla Nəcəf Nəəcəfzadə başçılıq edir. Anar Verdiyev (11), Azad Əliyev (11), Ümman Ağamalıyev (9), Hüseyn Qarayev (7) qol vurub.
Noyabrın 5-də, bazar günü final qarşılaşmasında “İrəvan” və “Çəmbərək”, üçüncü yer uğrunda görüşdə isə “Ardanış” – “Loru-Borçalı” ilə üz-üzə gələcək. Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
05 noyabr
3-cü yer
18:00 “Ardanış” – “Loru-Borçalı”
Final
19:00 “Novoivanovka” – “Göyçə”
20:00 Bağlanış mərasimi
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.