Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turniridə noyabrın 5-də final oyunu və bağlanış mərasimi keçiriləcək.
Rakus.az xəbər verir ki, bazar günü Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda mübarizə başlayacaq. Saat 19:00-da “Ardanış” ilə “Loru-Borçalı” qarşılaşacaq. Hər iki komanda bürünc medal üçün tər tökəcək.
Heyətləri belədir:
“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.
“Loru-Borçalı”-Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qəhrəmanov.
05 noyabr
3-cü yer
19:00 “Ardanış” – “Loru-Borçalı”
Bu görüşdən sonra final görüşünə start veriləcək.
Turnirin sürpriz komandası olan “İrəvan” sarı-qırmızılar ləqəbli “Çəmbərək” ilə gücünü yoxlayacaq. Oyun taktikasına görə bir-birindən fərqlənən komandaların sahəyə hansı heyətlə çıxacağı maraq doğurur.
Bu matç həm də “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu” nominasiyalarının müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Heyətlər belədir:
“İrəvan”- Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.
“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Azad Əliyev, Murad Məmmədov.
Final qarşılaşması başa çatdıqdan sonra turnirin bağlanış mərasimi keçiriləcək. Qaliblərə və iştirakçılara kubok, medal və təşəkkürnamələr təqdim olunacaq.
Final
20:00 “İrəvan” – “Çəmbərək”
Bağlanış mərasimi
Hazırda bombardirlik siyahısına 12 qolla Nəcəf Nəcəfzadə başçılıq edir. Anar Verdiyev (11), Azad Əliyev (11), Ümman Ağamalıyev (9), Hüseyn Qarayev (7) qol vurub.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.