Siyasi 23.11.2023 20:00

Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən sessiyasının açılış mərasimində Qərbi Azərbaycanla bağlı iddialarını yenidən irəli sürməsindən bəhs olunur.

Bildirilir ki, onun iddiasına görə, “Azərbaycanın Ermənistan ərazisini rəsmi şəkildə Qərbi Azərbaycan adlandırması şübhəli görünür və rəsmi Bakının Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratını yaradır. Ermənistana qarşı hərbi təcavüz sülh gündəliyinin irəliləməsi yolunda əsas maneələrdən biridir”.

Qeyd olunur ki, Ermənistanın bir-birini təkzib edən mövqeyi artıq o qədər də təəcüblü deyil, çünki 44 günülük müharibədən sonra rəsmi İrəvanın əsas işi bölgədə sülh perspektivini məhv etmək, geosiyasi oyunçuların regionla bağlı planlarını icra etmək olub. Bu baxımdan, Paşinyanın sərsəm bəyanatına diqqətə almamaq da olar. Hərçənd, erməni baş nazirin kampaniya xarakteri daşıyan “Azərbaycan hücum edəcək” iddiasını Qərbi azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsinə bağlamasının altında yatan məkrli oyun gözardı ediləcək amil deyil. Proseslərin analizi göstərir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini, ümumiyyətlə, soydaşlarımızın öz yurdlarına qayıdış hüquqlarını təhrif etməyə çalışır. Ən təhlükəli məqam isə bunu Cənubi Qafqazda yeni eskalasiyanın yaradılması planlarına daxil etmək cəhdidir.

Vurğulanır ki, Ermənistan reallığı qəbul etmək istəmir və müxtəlif bəhanələrlə sülh gündəliyinə maneələr yaradır: “Ermənistan sülh gündəliyini arxa plana keçirməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək, 8 kəndi işğaldan azad etməmək, eləcə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına mane olmağa çalışır. Qərb cəbhəsi isə bölgədə Ermənistan üzərindən möhkəmlənmək və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətindədir. İndi Ermənistan anti-Azərbaycan kampaniyasına “Qərbi Azərbaycan” terminini daxil edir və bununla həm yeni istinad nöqtəsi yaradır, həm Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edir, həm də Qərbi azərbaycanlıların öz evlərinə qayıdış hüququnu arxa plana keçirməyə çalışır”.

Sonda diqqətə çatdırılır ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu yerinə yetirmək öhdəliyi var, beynəlxalq konvensiyalar bunu tələb edir və rəsmi İrəvanın oynadığı bütün məkrli oyunlara rəğmən Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ təmin ediləcək: “Dialoqdan imtina edən Ermənistanın regional sülhü riskə ataraq, geosiyasi qüvvələrin plasdarmına çevrilmək siyasəti isə hər şeydən öncə bu ölkənin mövcudluğunu sual altına salır. Çünki kiçik və zəif Ermənistanın “böyük oynamaq” şansı yoxdur və nə Rusiya, nə də İran öz sərhədlərində rəsmi İrəvanın onların rəqibləri ilə “filörtləşməsi”ni qəbul etməyəcək. Bu ssenaridə Ermənistanın sektorlara bölünməsi qaçılmaz ola bilər. Belə bir perspektivdə bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri Azərbaycan olacaq, buna tarixi və hüquqi haqqımız var. Bu halda Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının önündə heç bir maneə qalmayacaq. İndi seçim Ermənistanındır…”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 23-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO