Müsahibə 27.11.2023 20:02

“Deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi riyaziyyat elmləri doktoru, professor, “Respublika” qəzetinin Baş redaktoru Hümbət Musayev olub.

O, doğulub boya-başa çatdığı Amasiya rayonunun Göllü kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, Amasiya rayonunun 27 yaşayış məntəqəsindən cəmi 5-ində ermənilər yaşayıb. Rayon mərkəzində isə azərbaycanlıların üstünlüyü ilə ermənilər bir yerdə yaşayıblar. Göllü kəndində vaxtilə min nəfərə yaxın sakinin yaşadığını dilə gətirən professor qeyd edib ki, hazırda Qərbi Azərbaycanın bir çox kəndləri ermənilər tərəfindən xarabalığa çevrilib.

H.Musayev deyib ki, Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı daim ayrı-seçkilik, diskriminasiya özünü göstərib. Onun sözlərinə görə, azərbaycanlılar üzləşdikləri çətinlikləri ram etmək üçün təhsilə, elmə xüsusi əhəmiyyət veriblər. Ağbaba mahalının ötən əsrdə dörd dəfə deportasiya və soyqırımına məruz qaldığını dilə gətirən H.Musayev söyləyib ki, ermənilər 1988-ci ildə də azərbaycanlılara qarşı zorakılıq nümayiş etdirib, iki nəfər Göllü sakinini vəhşicəsinə qətlə yetiriblər. Baş redaktor bildirib ki, həmin dövrlərdə Azərbaycana rəhbərlik edənlər Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verməyiblər. Onun sözlərinə görə, əgər o zaman belə bir siyasi səhvə yol verilməsəydi, Qarabağda demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə daha da güclənər, sonrakı müddətdə üzləşdiyimiz işğal faktı yaşanmazdı.

Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söhbət açan professor qeyd edib ki, Qayıdış Kosepsiyasının əsasını vaxtilə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızla bağlı imzaladığı fərman təşkil edir. H.Musayevin fikrincə, ulu öndərin ideyaları hazırda onun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, indi əsas məsələ Qərbi Azərbaycana qayıtmaq uğrunda mübarizənin öz müsbət nəticəsini verəcəyinə inanmaq, güvənmək və bu yolda inadkarlıq göstərməkdir. Baş redaktorun sözlərinə görə, vaxtı çatmış ideyanın reallığa çevrilməsini dünyanın ən güclü ordusu da əngəlləyə bilməz. O söyləyib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq istəyi, bu istiqamətdə atılan addımlar artıq erməniləri ciddi narahat edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO