Müsahibə 11.12.2023 21:20

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub.

O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb. Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, – deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, alban kilsələrini özününküləşdirməyə çalışıblar. Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdırıb çıxarıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu yaxınlarda Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşləri, onların Qərbi Azərbaycana dair xatirələrini dilə gətirib. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm / 12.12.2023 11:35
Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİR - FOTO
Gündəm / 12.12.2023 10:00
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO - VİDEO
Gündəm / 12.12.2023 00:01
Ümummilli lider Heydər Əliyevin anım günüdür
Müsahibə, Video müsahibə / 11.12.2023 21:20
“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 11.12.2023 14:01
“Qarabağ erməniləri “miatsum” nağıllarından xilas ola bilmirlər” – BƏYANAT
İdman / 11.12.2023 13:02
Azərbaycanın futbolçu vəkilləri İtaliyada çempion olub - FOTO
Gündəm, Siyasi / 11.12.2023 11:58
QAİ-dən sabiq nazir Vardan Oskanyana TUTARLI CAVAB
Siyasi, Sosial / 11.12.2023 09:29
Ardanış Kənd İcmasında yeni şuralar yaradılıb – SİYAHI
Elm və təhsil, Maraqlı / 10.12.2023 19:53
Ölüm Hökmünə dözməyib ürəyi partlayan Qərbi azərbaycanlı - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 09.12.2023 20:11
Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi - FOTO - VİDEO
Maraqlı, Müsahibə / 08.12.2023 20:38
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO
Dünya, Təhlil / 08.12.2023 16:19
Rəsmi Bakı-İrəvan yaxınlaşması – sülhə aparan açıqlama – TƏHLİL
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”