Elm və təhsil 15.12.2023 20:12

“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” adlı buraxılış iki dəfə deportasiyaya məruz qalan 78 yaşlı İrəvan sakini Sudif Fətəliyevin həyat hekayəsinə həsr olunub.

O, 5-6 yaşında deportasiya olunduqlarını, yük vaqonlarında Azərbaycana gətirildiklərini deyib: “Bizi Yevlax şəhərində vaqonlardan düşürdüb at arabaları ilə kəndlərə yerləşdirdilər. Çox əzablı, çətin günlər idi. Stalin öləndən sonra 1955-ci ildə biz yenidən öz doğulduğumuz ata-baba torpağa – Qərbi Azərbaycana qayıtdıq”.

Onun sözlərinə görə, geri qayıdan zaman İrəvan şəhərində olan evlərini ermənilər ələ keçirib və məcburiyyət qarşısında keçmiş Uluxanlı, sonradan Masis  adlanan rayonun Qulucan kəndində məskunlaşıblar: “Bizim şəhərdəki evin yerində  “Rossiya” kinoteatrı tikildi. Onun yanında da Gedər çayının sağ sahilində bizim evlər idi. İkimərtəbəli evimiz artıq əlimizdən çıxmışdı”.

Uşaqlıq illərində suda boğulmaq təhlükəsi ilə üzləşdiyini söyləyən S.Fətəliyev bacısına minnətdar olduğunu bildirib: “1946-cı ildə mən hələ 1 yaşında idim. İrəvan şəhərində Gedər deyilən çay daşmışdı,  evimizi su basmışdı. Bütün hamı yuxarı hissəyə qaçanda məni unudublar. Son anda məni bacım və qardaşım xilas ediblər”.

İki dəfə deportasiya olunsa da doğma Vətəni yenidən görmək istədiyini vurğulayan İrəvan sakini deyib: “Birinci deportasiya 1948-1950-ci illər arasında olub. Nəhayət, 1988-ci ildə yenidən deportasiya başladı. Bu, mənim ikinci deportasiyam oldu. Ermənilər yolda maşınların qabağını kəsib, hətta maşınları talayırdılar. İrəvanda xəstəxanada yatanda erməni həkimlər atamın başına min oyun açdılar.  Zəngibasar (Masis) rayonundakı yeganə məscidi yandırdılar. Hətta yeznəmi evində çörək kəsən erməni balta ilə başından vurdu”.

O bildirib ki, Azərbaycanın hər yanı bizim üçün doğmadır: “Ancaq 35 ildir hər gecə yuxumda oranı görtürəm. Ermənilərdən torpaq sahibi olmaz. Onlarınkı heç nədən pul qazanmaqdı. Onlar əməkdən qaçırlar. Biz torpağı sevən, Vətəni sevən bir millətik. Ora bizim dədə-baba torpağımızdı. Vətənə qayıdış bizim gecə-gündüz yadımızdan çıxmayan arzudur. Vətənə qayıtmaq, onun suyunu içib, torpağını ziyarət eləmək, ata-ananın məzarını ziyarət etmək mənim üçün dünyada ən xoş gün olardı. Kaş o günü Allah mənə qismət edəydi. Əminəm, inanıram ki, mən olmasam da, oğul-uşaqlar, nəvələr vaxt gələcək Vətən deyib o torpaqlara qayıdacaqlar. Onda mənim ruhum məzarda şad olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 15-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO