“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti müsahibə efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Dünya tarixi” şöbəsinin müdiri İradə Bağırova olub.
O, Azərbaycan cəmiyyətində siyasi fəallığın artmasının tarixindən, XX əsrin əvvəllərində Azərbaycanda baş verən siyasi proseslərin, inqilabi hərəkatın müasir tarixşünaslığa təsirindən, o dövrdə Qərb ölkələrinin buna münasibətindən söz açıb.
Tarixçi alim o dövrdə baş verən proseslər nəticəsində Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistanın yaradılmasından danışaraq deyib ki, Azərbaycan torpaqlarının bölünməsi o dövrdəki bütün qəzalarda milli azadlıq hərəkatına səbəb olub: “Tarixçilərin məxfiləşdirilmiş materiallara çıxış əldə etməsi nəticəsində 1918-ci ilin martında azərbaycanlıların soyqırımı ilə bağlı məxfi sənədlərin hamısı açılıb. O dövrdə ermənilər Bakı və ya Tiflisi paytaxt kimi görmək iddiasında idilər. Azərbaycan ərazisi öz arzusu, istəyi ilə bölünməyib. Dünya böyük güclər tərəfindən bölünürdü. Hər imperiya özünün xüsusi marağını və mənfəətini güdürdü. 1918-1920-ci illərdə ermənilərlə bizim bir neçə toqquşmamız olub. Erməni tarixçilərinin özləri Qaregin Njdenin qanlı hərəkətini və Azərbaycan kəndlərini dağıtmasını təsdiq edirlər. Türklər ermənilərə qarşı heç bir soyqırımın olmadığını sübut etmək üçün bütün arxivlərin açılmasını həmişə tələb edirlər”.
İ.Bağırova ermənilərin Qafqaza gəlişi ilə bağlı faktlara da toxunub, müxtəlif səviyyəli beynəlxalq elmi tədbirlərdə erməni tarixçiləri və ya alimləri ilə müzakirələr zamanı onlarla “dil tapmağın” mümkün olmadığını vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə dekabrın 19-da saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.
«Турки настаивали на раскрытии архивов, чтобы доказать, что «геноцида армян» не было»» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению в рамках проекта «Хроника Западного Азербайджана» вышло очередное интервью на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван была Ирада Багирова, доктор исторических наук, заведующая отделом “Всемирной истории” Института истории имени А.Бакиханова.
Она рассказала об истории подъема политической активности в азербайджанском обществе, влиянии политических процессов и революционного движения в Азербайджане начала ХХ века на современную историографию, об отношении западных стран в то время.
Говоря о разделе азербайджанских земель и создании нынешней Армении в результате происходивших в то время процессов, ученый-историк отметила, что раздел азербайджанских земель привел к национально-освободительному движению во всех уездах. «В результате получения историками доступа к секретным архивным материалам, были раскрыты факты о геноциде азербайджанцев в марте 1918 года. В то время армяне в качестве столицы претендовали на Баку и Тбилиси. Территория Азербайджана не была разделена по своей воле. Мир был разделен великими державами. Каждая империя преследовала свои особые интересы и прибыль. В 1918-1920 годах у нас было несколько столкновений с армянами. Сами армянские историки подтверждают кровавые действия и разрушение азербайджанских сел Гарегином Нжде. Турки настаивали на раскрытии архивов, чтобы доказать, что «геноцида армян» не было. И.Багирова также коснулась фактов прихода армян на Кавказ и подчеркнула, что невозможно “найти язык” с армянскими историками или учеными в ходе дискуссий на политические темы на международных научных мероприятиях различного уровня.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
Программа вышла 19-го декабря в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.