Maraqlı 19.01.2024 20:19

“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qayabaşı kənd sakini Murad Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini, yaylaqlarda, dağlarda və bulaq başında keçirdiyi günləri xatırladıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Ömrümün dörddə biri Qayabaşı kəndində keçib. O xatirələri yad edəndə təəssüf edirəm ki, kaş daha çox yaşayaydım. Uşaqlıq illərində yaşadığım xatirələr bu günə qədər yaşadığım xatirələrin içində daha yaddaqalan, daha möhtəşəm, daha təsirlidir, doğmadır. Novruz bayramında keçirdiyimiz o gözəl günləri kəkrar doyunca yaşamaq üçün çox böyük məmnuniyyətlə yenidən kəndimizə qayıtmaq istəyərdim”.

M.Məmmədov 1988-ci ilin iyul ayında kənddə çobanlara verilən ov tüfənglərini ermənilər tərəfindən təzələmək adı ilə yığıldığını deyib: “Sən demə, burada bir məkr, niyyət var imiş. Bu silahlar yığılandan sonra ermənilər kəndə rayondan gələn azuqəni kəsdilər. Kənddən alış-veriş üçün gedənlərin rayonda maşınlarını daş-qalaq etməyə, silahla gülləbaran etməyə başladılar. Hətta insanlara fiziki zor tətbiq etmişdilər, başını yaralamışdılar. Rayondan kəndlərimizə bir müddət atəşlər açmağa başladılar. Cavanlar növbə ilə kəndi qoruyurdular. Qonşu kəndlərlə birgə sakinlər etiraz bildirmək üçün rayona gedirdilər. Onları yalandan sakitləşdirib geri qaytarmışdılar ki, narahat olmayın, heç bir qorxu, problem, sıxıntı yoxdur. Nəhayət, 1988-ci ilin noyabrında köç başladı. Biz də ailəvi köç edib Kəlbəcərə gəldik, üç gecə orada qaldıq, sonra isə Yevlağa bacımgildə məskunlaşdıq”.

Onun sözlərinə görə, Göyçə təəssüratlarını heç zaman unutmaq olmur və Göyçəyə qayıdış mütləq baş tutacaq: “Ora qayıdış təkcə oranın gözəlliyi ilə bağlı deyil. Bizim ora mənən, ruhən bağlılığımızla bağlıdır. Bizim orada böyüklərimizin, ulularımızın ruhları gəzir, dolaşır, qəbirlərimiz var. Oralar bizim əzəli və əbədi torpaqlarımız olub. Bu gün oralar Qarabağdakı kimi xarabalıqdı. Bizim kəndlərdə  heç bir məskunlaşma, yaşayış yoxdur, evlər dağıdılıb. Çox böyük həsrətindəyəm ki, qayıdam bu yaşımı və bundan sonrakı yaşımın xatirələrini, boş qalmış dəftərləri orada dolduram. İnşallah, mənə elə gəlir ki, bu gün yaxındadır. Qarabağımızın fəth olunması, işğaldan azad olunması bütün Qərbi azərbaycanlılarda bir daha geriqayıdış ruhunu, inamını, inancını yüksəltdi. Əminəm ki, o torpaqlara qayıdacağıq, bizi gözləyən o ruhlara qovuşacağıq və itirilmiş torpaqlarımıza sahib çıxacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 19-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial, Video müsahibə / 19.01.2024 20:19
“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.01.2024 17:43
Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL
Sosial / 19.01.2024 12:49
“Ermənilər kəndlərimizə atəş açırdılar” – Murad Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS
Siyasi / 16.01.2024 14:39
“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF
Dünya, Təhlil / 16.01.2024 14:32
Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Müsahibə / 16.01.2024 13:05
Qaçaq Qurbanı ermənilərdən kim xilas edib? – ANONS - VİDEO
Mədəni / 16.01.2024 09:50
Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu
Müsahibə / 15.01.2024 21:19
“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO