Mətbuat 09.02.2024 20:05

“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki Nil çayının ətrafında balıq tutmaqla, futbol oynamaqla keçdiyini bildirib: “Uşaqlığım ermənilərin içində keçib. Mən uşaq idim, bizə türk deyiblər. Bizdə onlara “gavur” deyirdik. Orada azərbaycanlı sözü işlənməyib. Kənddə böyük torf ehtiyatları var idi, orada ermənilər Torf fabriki tikmişdilər. Kənd camaatı torfdan yanacaq kimi istifadə edirdi. Kənddə ermənilər və ruslar da yaşayırdı. Torf fabrikində işləyirdilər”.

Onun sözlərinə görə, erməni qonşuları Qarabağ məsələsi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların hamısını ölkədən çıxarılacağını və öldürüləcəklərini seyib: “Danel atama demişdi ki, yəni siz indidən gedin, gəlib öldürəcəklər. 1988-ci ilin fevral ayında hadisələr başlayanda bizim camaat aktivlik elədi. Dərhal sovet qoşunlarını Basarkeçərlə bizim kəndin arasına gətirib ora qoydular.  Üstündən bir müddət keçəndən sonra rusları çıxardılar, saqqallı ermənilər rayonda mərkəz yaratdılar və Alı dayının oğlunu  oğurladılar. Kəndə 2-3 dəfə hücum oldu, evləri yandırdılar, postlar qurdular. Bundan sonra camaat çıxmağa başladı”.

Ş.Əliyev kəndi tərk edərkən 10-cu sinifdə oxuduğunu deyib: “Qardaşım Əliyev Eldəniz 8-ci, bacım Əliyeva Şəhla 6-cı sinifdə oxuyurdu. Atam Mail Əliyev, anam Leyli Binnətova kənddən çıxmadılar. Bizi – 3 uşağı maşına qoyub Bala Məzrəyə gətirdilər. Gecə idi, qış idi, qar yağmışdı. Bala Məzrədən Kəsəmənə babamgilə 4-5 kilometr ayaqla getdik. 1988-ci ilin oktyabr-noyabr ayları idi Azərbaycandan Kəsəmənə vertolyotlar gəldi, biz 3 uşaq vertolyota Gədəbəyin Rüstəmli kəndinə, oradan da avtobusla Gəncəyə gətirdilər. Bir müddətdən sonra da oradan Sumqayıta gəldik. Atam, anam, biz uşaqlar 4-5 aydan sonra görüşdük. Ermənilər atamı yolda öldürmək istəyiblər. Avtomat silahla boynunun arxasına vurmuşdular”.

Qanlı sakini kəndin məhəllələrindən, bulaqlarından, yer və yurd adlarından söz açıb, daim Vətən həsrəti ilə yaşadığını söyləyib: “Mən ora qayıdaram və qayıtmaq da istəyirəm. Bütün fikrim-zikrim də odur. Mən onsuzda ora qayıtmaq istəyirəm və qayıdacağam da.

Babamın nəsli bu günə qədər 3 dəfə qovulub və geri qayıdıb, kəndi dirçəldib, böyüdüblər. Sonda isə biz nəvələri qovdular. Ona görə də  Göyçəyə, Qanlıya getməyə hazıram və biz qayıtmalıyıq. Mən gedib Qannıda, Basarkeçər rayonunda “Basarkeçər” televiziyasını yaradıb orada işləyəcəm və orada yaşayacam”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 9-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

             

XƏBƏR LENTİ
Mətbuat, Sosial / 09.02.2024 20:05
“Erməni dili müəllimim deyirdi ki, biz assuriyalıyıq, bizi məcburi erməniləşdiriblər” - FOTO - VİDEO
Mətbuat / 09.02.2024 17:05
Tural İbadlı İKTA-nın meneceri təyin edilib
Gündəm / 09.02.2024 15:02
Konstitusiya Məhkəməsinin 9 hakimi seçkinin yekunlarını yoxlayacaq - FOTO
Mətbuat / 09.02.2024 14:37
“Ermənilərə “gavur” deyirdik” – Şöhrət Əliyevin “Həyat Hekayəsi” – ANONS
Müsahibə, Səhiyyə / 09.02.2024 11:00
Vaqif Həsənov: “Stomotoloq peşəsi ən qədim peşələrdən biridir”
Gündəm, Siyasi / 09.02.2024 10:37
Erməni diplomatlara Azərbaycana böhtan atmaq tapşırığı verilib – BƏYANAT
Siyasi / 08.02.2024 20:31
İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? - FOTO - VİDEO
Mədəni / 08.02.2024 15:53
Xıdır Nəbi bayramı nədir?
Təhlil / 08.02.2024 14:20
İrəvanda azərbaycanlılar üçün evlər alınır – ANONS - VİDEO
Siyasi / 08.02.2024 13:25
“Frank Şvabe kimi əliqələmli səlibçilər Azərbaycana təsir göstərə bilməzlər” – BƏYANAT
Gündəm / 08.02.2024 03:05
Səslərin 93,3 faizi sayılıb: İlham Əliyev 92,05% səslə liderdir – MSK - VİDEO
Siyasi / 07.02.2024 21:52
Ölkə üzrə saat 19:00-a olan seçici fəallığı AÇIQLANIB
Siyasi / 07.02.2024 17:39
Ölkə üzrə saat 17:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm, Siyasi / 07.02.2024 17:02
“Rəy” “exit poll”un saat 16:00 üçün iştirak göstəricisini AÇIQLADI
Gündəm, Siyasi / 07.02.2024 15:36
Ölkə üzrə saat 15:00-a olan SEÇİCİ FƏALLIĞI
Gündəm / 07.02.2024 10:10
Prezident İlham Əliyev və ailə üzvləri Xankəndidə səs verdilər - FOTO - VİDEO
Siyasi / 07.02.2024 08:00
Prezident seçkisində səsvermə prosesi başlayıb
Siyasi / 07.02.2024 00:02
Azərbaycanda prezident seçkisi günüdür
Siyasi / 06.02.2024 20:31
“İrəvanın əsl tarixi yer altındadır” – ARAŞDIRMA - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 06.02.2024 18:40
“Ermənilər həmişə alət kimi istifadə olunub” – MÜSAHİBƏ - VİDEO
Siyasi, Təhlil / 06.02.2024 16:37
İranda ayrı-seçkilik – pozulan Konstitusiya – TƏHLİL - FOTO
Mətbuat / 06.02.2024 16:36
Qərbi Azərbaycan Departamentinin rəhbəri: “Erməni dilində gündəlik 4-5 süjet və 1 xəbər buraxılışı yayımlanır”
Maraqlı, Sosial / 06.02.2024 14:30
Ermənilərin İrəvan qəsdi – ANONS
Siyasi / 06.02.2024 13:48
“Ermənistan doğru yolu seçməlidir” – ANONS
Müsahibə / 05.02.2024 20:51
“Vətənsiz qalan insanın üzü heç vaxt gülməz” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Təhlil / 05.02.2024 16:01
Başqa ölkələrin ərazisində döyüşən ABŞ və İran – TƏHLİL