Maraqlı 24.02.2024 22:02

Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Loru mahalının, Kalinino (Vorontsovka) rayonunun Cücəkənd (Qızıl Şəfəq) kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Cücəkəndin etnoqrafiyası, əhalisi, coğrafiyası, atət-ənənələri, fərqli toy adətləri, xalçaçılıq sənəti və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, 1935-ci ilə qədər Cücəkənd adlandırılan indiki Qızıl Şəfəq 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olub. Kənd rayon mərkəzindən 15 kilometr şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olub və sonradan toponim fonetik hadisəyə uğrayaraq Cücəkənd formasında qalıb. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranıb. Yəni toponim cuci nəsil adı ilə “yaşayış məntəqəsi” mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlib.

Qeyd olunub ki, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il qərarı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulub. “Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914-cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalıb. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönüblər. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulub. Bu kəndin azərbaycanlı ailələrin bir çoxu Şamaxının Kərkənc kəndində məskunlaşıb.

Çəkilişləri Bakıda və Şamaxıda aparılan süjetdə kənddə ermənilər tərəfindən dağıdılmış Alban abidələri, bu abidə üzərində qədim yazıların açılmayan sirli mənası, eləcə də Kərkəcdə yaşayan Cücəkənd sakinlərinin həyat tərzləri və doğma yurda qayıdış istəkləri göstərilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 24-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO