Müsahibə 26.02.2024 22:25

“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadə olub.

O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb və bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni məskunlaşdırılıb. Deputat ötən əsrin ortalarında babasının Qərbi Azərbaycanda əsassız təzyiqlərə, mühakimələrə məruz qaldığını, bu səbəbdən ailəsi ilə birlikdə 1942-ci ildə Gəncə şəhəri ətrafına köçdüyünü söyləyib və qeyd edib ki, sonradan Mingəçevir və su elektrik stansiyası tikiləndə atası orada işləyib, digər ailə üzvlərini də bu şəhərdəki işlərə cəlb edib: “Beləliklə, Göyçəni tərk edərək Gəncə şəhəri ətrafında məskunlaşan ailə birdəfəlik Mingəçevir şəhərinə köçüb”.

Onun söğzlərinə görə, 1957-ci ildə Mingəçevirdə doğulub, uşaqlıq, yeniyetməlik və gənclik illəri bu şəhərdə keçib: “O dövrdə ata-baba yurdu Zoda qonaq getmişdim. Ailəmizdə valideynlər övladlarını Qərbi Azərbaycana bağlılıq ruhunda tərbiyə edib, genetik yaddaşın itməsinə imkan verməyiblər. İndiki Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin zaman-zaman mənimsənilib, Qərbi Azərbaycandakı soydaşlarımız müxtəlif təzyiq və təhdidlərə məruz qalıblar. Ulu öndər Heydər Əliyevin 1987-ci ildə vəzifədən kənarlaşdırılmasından sonra erməni millətçiliyi daha kəskin xarakter alıb. Ermənistan rəhbərliyi dövlət səviyyəsində azərbaycanlılara qarşı deportasiya, etnik ayrı-seçkilik siyasəti həyata keçirib, əsassız iddialarla çıxış ediblər. Beynəlxalq güclərin havadarlığına arxalanan ermənilər 1993-cü ilə qədər xalqımıza bir çox faciələr yaşadıblar”.

A.Mirzəzadə Qərbi Azərbaycanda, eləcə də işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus qəbirlərin, dini abidələrin dağıdılmasına da toxunub. Qeyd edib ki, bu, yaramazlığın, vəhşiliyin bariz nümunəsidir. Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, indi ermənilər vaxtilə babalarının törətdikləri yaramazlıqların acı meyvələrini dadırlar. Millət vəkili yeni tarixi dövrdə Qərbi Azərbaycana qayıdış prosesinə start verildiyini, bu istiqamətdə görülən işlərin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini dilə gətirib. Deyib ki, tarixi torpaqlarımız uğrunda mübarizəmizdə qətiyyətli və prinsipial olmalıyıq. Deputat A.Mirzəzadə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını, sadəcə soydaşlarımızın öz ata-baba yurdunda yaşamaq hüququndan istifadə etmək istədiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsin işıqlandırmaqdır.

Müsahibə fevralın 26-da saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Müsahibə, Video müsahibə / 26.02.2024 22:25
“Qəbiristanlığı, dini abidəni dakiğıtmaq vəhşiliyin nümunəsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm / 26.02.2024 17:30
İlham Əliyev: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı” – YENİLƏNİB - FOTO
Gündəm / 26.02.2024 17:20
Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Hadisə, Sosial / 26.02.2024 17:01
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı
Siyasi, Təhlil / 26.02.2024 16:11
ABŞ-da “yaş öz işini görür” – TƏHLİL - FOTO
Gündəm / 26.02.2024 14:19
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO