Siyasi 05.03.2024 18:45

Qoy Ermənistan Azərbaycan-İsrail münasibətlərinə həsəd aparsın” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki,  aparıcı Ellada Sarvanın müsahibi  Azərbaycanın Xalq artisti, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski olub.

O, Avropa-Azərbaycan münasibətlərindən, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Avropa İttifaqının (Aİ) açıq qərəz nümayiş etdirməsindən danışıb, Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağın doğru olmadığını deyib: “Avropa İttifaqı anti-Azərbaycan fikirlər səsləndirir, Fransa Prezidenti Emmanuel Makron ermənidən çox ermənilik edir. Ermənistanda revanşist qüvvələri məhz ən çox Fransa ümidləndirir. Bunun səbəbi odur ki, Azərbaycan qalib oldu. Prezidentimiz İlham Əliyev parlaq sərkərdə və müdrik siyasətçidir. Azərbaycan qalib olandan sonra biz beynəlxalq tədbirlərə dəvət almadıq. Ermənilər özünü necə aparmağı Makrona diktə edir. Ermənistan əvvəlcə Rusiyaya, indi isə Fransaya arxalanmaq istəyir”.

A.Şarovski Ermənistanda antisemitizmin mövcudluğundan söz açıb: “Yəhudilər niyə ermənilərə gülürlər? Bakıda yaşayan ermənilər İrəvanda yaşayan ermənilərdən yaxşı keyfiyyətləri ilə seçilirdilər. Dünya ictimaiyyəti Ermənistanın törətdiyi cinayətlərə əhəmiyyət vermir. Azərbaycanın İsraillə güclü münasibəti Ermənistanı qısqandırır. Qoy Ermənistan Azərbaycanın İsrail ilə münasibətlərinə həsəd aparsın”.

Onun sözlərinə görə, erməni deportasiyasının qurbanına çevrilən Qərbi azərbaycanlıların doğma yurda qayıdışı təbiidir: “Vətənə qayıtmaq üçün vətən onları gözləməlidir”.

O, Bakıda doğulub böyüdüyünü, Azərbaycanda hansısa ayrı-seçkiliyin müşahidə olunmadığını, tolerantlıq məsələsində Ermənistanla-Azərbaycanı müqayisə etməyin mümkünsüz olduğunu deyib: “Mənim böyüdüyüm həyət beynəlmiləl idi, müxtəlif millətlərin nümayəndələri yaşayırdı. Həmişə Azərbaycanda multikulturalizm ölkənin dövlət siyasəti olub”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə martın 5-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

«Почему евреи смеются над армянами?» – Хроника Западного Азербайджана

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был народный артист Азербайджана, глава Бакинской религиозной общины европейских евреев Александр Шаровский.

Он рассказал о европейско-азербайджанских отношениях, о том, что Европейский Союз (ЕС) проявляет открытую предвзятость после того, как Азербайджан освободил свои земли от оккупации, и заявил, что неправильно создавать напряженность в перспективах мира между Азербайджаном и Арменией: “Европейский Союз выражает антиазербайджанские взгляды. Реваншистские силы в Армении больше всего надеются на Францию. Причина этого в том, что Азербайджан победил. Наш Президент Ильхам Алиев – блестящий военачальник и мудрый политик. После победы Азербайджана мы не получали приглашений на международные мероприятия. Армяне диктуют Макрону, как себя вести. Армения кланяется то перед Россией, то перед Францией.

А. Шаровский отметил о существовании антисемитизма в Армении: «Почему евреи смеются над армянами? Армяне, живущие в Баку, отличались от армян, живущих в Иреване, своими хорошими качествами. Мировое сообщество не волнуют преступления, совершенные Арменией. Армения завидует прочным отношениям Азербайджана с Израилем. Пусть Армения завидует отношениям Азербайджана с Израилем».

По его словам, для уроженцев Западного Азербайджана, ставших жертвами армянской депортации, главное – естественно вернуться на родину: “Для того, чтобы вернуться на Родину, надо, чтобы Родина ждала, принимала их”

Он отметил, что родился и вырос в Баку, что в Азербайджане нет дискриминации и что нельзя сравнивать Армению с Азербайджаном с точки зрения толерантности: «Двор, где я вырос, был интернациональным, жили представители разных национальностей. Мультикультурализм всегда был государственной политикой страны в Азербайджане».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 5 марта в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO