Gündəm 14.03.2024 22:59

Erməni deputat: “Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistan işğalında qalan 8 kəndinin qaytarılması məsələsinin yenidən aktuallaşmasından, rəsmi açıqlamalara əsasən, sərhədin delimitasiyası üzrə komissiyaların martın 7-də keçirilən görüşündə Azərbaycanın işğal altında qalan kəndlərin qaytarılmasını tələb etməsindən söz açılır.

Bildirilir ki, söhbət Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Sədərəyin Kərki kəndindən gedir. Rəsmi Bakı bununla bağlı “mərhələli həll” variantını irəli sürür. Birinci mərhələdə anklav olmayan 4 kənd – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarılmalıdır. İkinci mərhələdə isə anklavların – Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Kərki kəndlərinin qaytarılması müzakirə olunmalıdır.

Qeyd olunur ki, Ermənistan prosesdən yayınmaq və məsələni arxa plana keçirmək istəyir: “Bu məqsədlə “31 erməni kəndi” haqqında qondarma iddianı ortaya atıblar: “Hazırda Ermənistanda müzakirə edilən əsas mövzulardan biri də 4 kəndin qaytarılmasıdır. Rəsmi İrəvan bununla bağlı yayındırıcı açıqlamalar versə də, erməni ictimai rəyində kəndlərin tezliklə qaytarılacağı fikri hakimdir”.

Bununla bağlı “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan deyib ki, Azərbaycanın kəndlərlə bağlı tələbi yerinə yetiriləcək: “Birinci mərhələdə 4 kənd qaytarılacaq, daha sonra digərlərini. Bununla da Lori rayonu sərhəd bölgəsinə çevriləcək. Rəsmi Bakının tələb etdiyi kəndlərin qaytarılması ilə Ermənistanın şimal müdafiə xətti tamamilə məhv ediləcək.  Ermənistana qaz kəməri də bu istiqamətdən daxil olur. Beləliklə, Rusiyadan gələn qaz kəməri də Azərbaycanın nəzarətinə keçə bilər. Lori rayonu isə sərhəd bölgəsinə çevriləcək və Ermənistan “anklav ölkəyə” çevriləcək”.

Ermənistan mediasının yazdığına görə, Baş nazir Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüşdə 4 kəndin dərhal qaytarılmasını müzakirə edib və bildirib ki, bu kəndlər indi qaytarılmasa, müharibə ola bilər.

Erməni fəal Ruben Mxitaryan isə söyləyib ki, Paşinyan kəndləri qaytarmaq üçün cəmiyyətdə müharibə qorxusu yaradır.

Sonda vurğulanır ki, bütün bunlar Ermənistanın qorxularıdır: “Azərbaycan öz torpağı olan ərazilərin qatarılmasını tələb edir və mütləq buna nail olacaq. Ermənistan onsuz da “dalan ölkədir” və həmin kəndlərin azad edilməsindən sonra bu ölkənin strateji əhəmiyyətsizliyi daha da artacaq. Lakin onların çıxış yolları tükənməyib. Azərbaycanın Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi və digər tələblərini qəbul edərək, sülh sazişi imzalaya, regional layihələrdən yararlana bilərlər. Əks təqdirdə Cənubi Qafqaz ermənilər üçün “cəhənnəm” olacaq və tarixdə ilk dəfə bu bölgəyə köçürülmələrinə, Azərbaycan torpaqları hesabına dövlət yaratmalarına peşman olacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 14-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO