Müsahibə 07.05.2024 19:00

“Ermənistanın Qərbə meyl etməsi bəzi rus siyasətçilərinin günahıdır” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi dövlət xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin olub.

O, dünyada baş verən proseslərdən, Cənubi Qafqazda təhlükəsizlik məsələsindən, indiki siyasi proseslərdə Azərbaycanın tutduğu mövqedən bəhs edib: “Azərbaycan dünyanın bir çox ölkələrinin diqqətini cəlb edir. Son proseslərdə Azərbaycan dünyada çox nüfuz qazanıb”.

M.Zabelin Ermənistan hakimiyyətinin Rusiyadan tamamilə üz döndərməsi, rəsmi İrəvanın qərbə meyllənməsi, eləcə də Baş nazir Nikol Paşinyan ara-sıra rus hərbçilərinin Ermənistandan çıxarılması məsələlərinə toxunub.

Onun sözlərinə görə, Ermənistanda siyasi proseslər aktivləşir: “Ermənistanın beynəlxalq səviyyədə siyasi rolu o qədər də güclü və yüksək deyil. Ermənilər bu gün  Rusiyaya sanki xəyanət edir kimi görünür. Ermənistanın Qərbə meyl etməsi bəzi rus siyasətçilərinin günahıdır. Rusiya heç vaxt Ermənistanı Qərb dövlətlərinə təslim etməyəcək. Ermənistan Rusiyadan tam uzaqlaşa bilməyəcək. Ermənistan MDB-dən çıxmaq istəmir”.

Azərbaycanda Rus İcmasının sədri 44 günlük müharibədə Azərbaycan haqlı qələbə qazanaraq Qarabağı azad etdiyini deyib: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib və əraziləri azad edib. Ermənilər iddia edirdilər ki, onların böyük ordusu var, ancaq Azərbaycan Ordusu bu mifi məhv etdi”.

Milli Məclisin deputatı vurğulayıb ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı zamana bağlı məsələdir və hər şeyin öz vaxtı var: “Bu, asan proses deyil. Azərbaycan Qarabağda yaşayan ermənilərə sərbəst yaşamaq haqqı verir, onlara şərait yaradırsa, Ermənistan da Qərbi azərbaycanlıların qayıdışına təminat verməlidir. Biz birlikdə Cənubi Qafqazda sülh qururuq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə mayın 7-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

«Склонность армении к западу – вина определенных политиков россии» 

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был государственный деятель, депутат Милли Меджлиса, председатель Русской общины в Азербайджане Михаил Забелин.
Он рассказал о процессах, происходящих в мире, вопросе безопасности на Южном Кавказе, позиции Азербайджана в текущих политических процессах: “Азербайджан привлекает внимание многих стран мира. В последних процессах Азербайджан завоевал авторитет в мире».

М.Забелин коснулся вопросов о том, как правительство Армении полностью отвернулось от России, как официальный Иреван склонился к Западу, а также о выводе премьер-министром Николом Пашиняном российских солдат из Армении. По его словам, в Армении активизируются политические процессы: “Политическая роль Армении на международном уровне не столь сильна и высока. Сегодня армяне, похоже, предают Россию. В том, что Армения склоняется к Западу, виноваты некоторые российские политики. Россия никогда не отдаст Армению на откуп западным странам. Армения не сможет полностью отойти от России. Армения не хочет выходить из СНГ».

Председатель Русской общины в Азербайджане заявил, что Азербайджан одержал заслуженную победу в 44-дневной войне и освободил Карабах: “Азербайджан выполнил 4 резолюции Совета Безопасности ООН и освободил территории. Армяне утверждали, что у них великая армия, но азербайджанская армия разрушила этот миф».

Депутат Милли Меджлиса подчеркнул, что возвращение западных азербайджанцев на родину – вопрос времени и всему свое время: “Это непростой процесс. Если Азербайджан предоставит армянам, живущим в Карабахе, право жить свободно, если создаст им условия, Армения также должна гарантировать возвращение западных азербайджанцев. Мы вместе строим мир на Южном Кавказе».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 7 мая в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 07.05.2024 22:15
“Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı” - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 07.05.2024 19:00
“Ermənistanın Qərbə meyl etməsi bəzi rus siyasətçilərinin günahıdır” - VİDEO
Maraqlı, Sosial / 07.05.2024 14:05
Dərələyəz – Qafqazın İsveçrəsi – ANONS
Müsahibə, Siyasi / 07.05.2024 13:40
“Ermənistan Rusiyadan uzaqlaşa bilməyəcək“ – ANONS - VİDEO
Müsahibə / 06.05.2024 22:54
“Ermənilərin nə düşündüyünü öyrənmək üçün onların dilini bilmək zəruridir” - VİDEO
Siyasi, Təhlil / 06.05.2024 16:48
Erməni kilsəsinin hədəfi – Paşinyanı devirmə planı – TƏHLİL
Sosial / 04.05.2024 22:15
İRSİMİZ: Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndi - FOTO - VİDEO
Maraqlı, Sosial / 03.05.2024 22:21
“Dayımın yoldaşının ağzından qızıl dişlərini çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Təhlil / 03.05.2024 15:48
Gürcüstan – “qızılgül inqilabı”nın nailiyyətləri iflasla üz-üzə – TƏHLİL
Mədəni, Sosial / 03.05.2024 14:44
“Atam Aşıq Müseyibi yuxularımda görürəm” – Tərxanım Nəsibovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 03.05.2024 12:02
Ermənistan müxalifəti sirləri açır - FOTO - VİDEO
Siyasi, Təhlil / 02.05.2024 22:13
“İlham Əliyev Ermənistandan daha nələri tələb edəcək?” - FOTO - VİDEO
Siyasi, Təhlil / 02.05.2024 14:08
Ermənistanın 3-cü respublikası süquta uğrayır – ANONS - VİDEO
Siyasi, Sosial / 01.05.2024 22:18
“Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanan şəhər” - FOTO - VİDEO
Hərbi, Mətbuat, Sosial / 01.05.2024 15:20
“Onu həmişə xatırlayırıq…” - FOTO
Elm və təhsil, Təhlil / 01.05.2024 14:43
Sosial şəbəkə oyunu – geosiyasi maraqların toqquşması – TƏHLİL
Maraqlı, Sosial / 01.05.2024 13:19
Ermənilərin Meğridə apardığı çirkin plan – ANONS - VİDEO
Mətbuat / 01.05.2024 12:58
Qərbi Azərbaycan Televiziyasının binası açıldı - FOTO
Hadisə, Siyasi / 30.04.2024 22:20
Erməni general: “Zod əlimizdən çıxsa bütün Göyçəni itirəcəyik” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 30.04.2024 19:12
“Qərbi Azərbaycanın yerli əhalisinin geri qaytarılması yaxın 5 ildə həll olunacaq” - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.04.2024 16:00
Qərbin Gürcüstanda növbəti imtahanı – TƏHLİL
Maraqlı, Sosial / 30.04.2024 14:34
“Ermənilər Zod kəndində qəbirləri qazır“ – ANONS
Müsahibə, Video müsahibə / 30.04.2024 13:44
“Erməni alimləri süni tarix yaratmağa çalışırlar” – ANONS - VİDEO
Müsahibə / 29.04.2024 22:16
“İrəvan ərazisinə 80 min kazakın köçürülməsi təklif edilmişdi” - VİDEO
Hərbi / 27.04.2024 22:42
Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 26.04.2024 21:32
“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” - FOTO - VİDEO