Müsahibə 27.05.2024 23:12

“Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qarabağ qazisi Bəxtiyar Əhmədov olub.

O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sarıyaqub kəndindən danışıb. Bildirib ki, bu kənd ən qədim və tarixi yaşayış məntəqələrindən biridir. Kənd Şah İsmayıl Xətainin 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna – Miskin Abdala nəsilbənəsil pay kimi verilib. Həmin fərmanın əsli hazırda Goranboy rayonunun Qaradağlı kəndində “Miskin Abdal ocağı”nda saxlanılır.

B.Əhmədov deyib ki, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından bir müddət sonra yerli qayda-qanunlara köklü dəyişikliyin edilməsi insanlar arasında böyük narazılıq doğurub. 1837-ci ildə Göyçə mahalının 30-dan çox kəndinin sakini üsyana qalxıb, çar məmurlarının tətbiq etdiyi qaydalara qarşı çıxıblar. Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim söyləyib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıblar. O, 1905, 1918-1920, 1948-1953-cü illərin deportasiya və soyqırımlarında azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığını, qırğınlara məruz qaldığını vurğulayıb.

Tarixçi-alim qeyd edib ki, təkcə 1918-1920-ci illərdə Göyçənin 84 kəndi dağıdılıb, əhalisi qovulub və qətlə yetirilib. Sovetlər birliyi dövründə də ermənilər əllərinə düşən hər fürsətdən azərbaycanlılara qarşı istifadə edib, yeni faciələrə yol açıblar. Azərbaycanlılar ata-baba yurdlarında daim ermənilərin təqib və təzyiqləri ilə üzləşiblər. B.Əhmədov vurğulayıb ki, 1988-ci ilin deportasiyasında Basarkeçər rayonunun 45 sakini faciəli şəkildə həlak olub. Onun sözlərinə görə, təksə Sarıyaqub kəndindən 1700 sakin zorla qovulub, əmlakını itirib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin fəaliyyətinə toxunan B.Əhmədov diqqətə çatdırıb ki, şöbəyə cəlb olunan alimlər Cəbi Bəhramovun rəhbərliyi altında Qərbi Azərbaycanın bütün sahələrini əhatə edən tədqiqatlar aparırlar. O, bu çərçivədə “Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar: XX əsr” kitabını nəşr etdirdiyini dilə gətirib.

Bir zamanlar özünün də iştirakçısı olduğu, ağır yaralandığı Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qələbəsi ilə başa çatdığını, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunduğunu diqqətə çatdıran tarixçi-alim, qalib ölkənin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağı ilə fəxr etdiyini söyləyib. Bildirib ki, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtdığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi torpaqlarımıza dönəcəyi günü səbirsizliklə gözləyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO