Ermənistanın Rusiyadan uzaqlaşmasının səbəbi Qərbdən kömək almasıdır - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev olub.
O, bölgədə ictimai-siyasi gərginlik müşahidə olunduğunu, Ermənistanda və Gürcüstanda siyasi çalxalanmaların getdiyini söyləyib, Cənubi Qafqazda təhlükəsizliyin təminatında Azərbaycanın rolundan söz açıb və deyib ki, Ermənistan və Gürcüstanda qeyri-sabitliyin səbəbləri fərqlidir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi kifayət qədər möhkəmdir”.
Səfir Ermənistan-Azərbaycan münasibətlərində son durumu qiymətləndirib, perspektivdə hansısa yeni sənədin, razılaşmaların mümkün göründüyünü söyləyib, bölgənin bəzi ölkələrinin Zəngəzur dəhlizinin açılmasına sanki mane törətmələrindən söz açıb: “Sülh sazişinin 2024-cü ilin payızına qədər imzalanacağı ilə bağlı ehtimallar var. Sülh müqaviləsi imzalanandan sonra Zəngəzur dəhlizi ilə bağlı məsələ böyük ehtimalla öz həllini tapacaq”.
F.Şəfiyev Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasi xəttinin ölkəni Rusiyadan uzaqlaşdırıb uzaqlaşdırmamasına, Baş nazir Nikol Paşinyanın yeni Konstitusiya qəbul olunacağını bəyan etməsinə də toxunub: “Ermənistanın Rusiyadan uzaqlaşmasının səbəbi Qərbdən kömək almasıdır. Ermənistan sülh müqaviləsi imzalayarsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Konstitusiyanı mütləq dəyişməlidir”.
Onun sözlərinə görə, bu gün Qərbi azərbaycanlıların qayıdış məsələsinin gündəmdə olduğunu, rəsmi İrəvanın öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməsinin vacibliyini bildirib: “Qayıdış iki ölkənin ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Kompensasiya, xalqların barışması, təhlükəsizliyin və hüquqların təmin edilməsi bu gün həll olunası ağlabatan məsələlərdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə mayın 28-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
«Есть предположения, что мирное соглашение будет подписано до…» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Report, собеседником ведущей Эллады Сарван был Председатель Правления Центра Анализа Международных Отношений, посол Фарид Шафиев.
Он сообщил, что в регионе наблюдается общественно-политическая напряженность, политические потрясения происходят в Армении и Грузии, он рассказал о роли Азербайджана в обеспечении безопасности на Южном Кавказе и сказал, что причины нестабильности в Армении и Грузии различные. «Позиция Азербайджана на международной арене достаточно солидная».
Посол оценил последнюю ситуацию в армяно-азербайджанских отношениях, заявил, что в будущем возможны новые документы и соглашения, а также рассказал о том, что некоторые страны региона блокируют открытие Зангезурского коридора: “Есть возможность, что Мирное соглашение будет подписано осенью 2024 года. После подписания мирного соглашения, скорее всего, будет решен вопрос Зангезурского коридора».
Ф.Шафиев коснулся также вопроса о том, что действительно ли политическая линия нынешнего правительства Армении заключалась в отдалении от России, о заявлении премьер-министра Никола Пашиняна о том, что будет принята новая Конституция: ” Получение помощи от Запада – причина отдаления Армении от России. Если Армения подпишет мирный договор и признает территориальную целостность Азербайджана, она должна изменить Конституцию».
По его словам, сегодня на повестке дня стоит вопрос возвращения уроженцев Западного Азербайджана, и заявил о важности обеспечения безопасности своих граждан официальным Иреваном: ” Возвращение должно реализовываться в рамках территориальной целостности обеих стран, компенсация, примирение народов, обеспечение безопасности и прав – резонные решаемые вопросы на сегодня».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 28 мая в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.