Elm və təhsil 24.06.2024 22:06

“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İbrahim Bayramov olub.

O, Çar Rusiyasının işğal etdiyi Şimali Azərbaycan xanlıqlarından, o cümlədən ən sonda – 1828-ci ildə süqut edən İrəvan xanlığından söhbət açıb. Bildirib ki, 23 il ərzində böyük bir imperiyaya ciddi müqavimət göstərən, təslim olmayan İrəvan xanlığı və onu idarə edənlər gücü, qüdrəti xalqdan alıblar. Alimin sözlərinə görə, Çar Rusiyasına xidmət edən məmurlar həm Hüseynqulu xanı, həm də Həsən xan Qacarı müxtəlif şirnikləndirici vədlərlə ələ almağa, İrəvan xanlığını özlərinə təslim etməyə çalışsalar da buna nail ola bilməyiblər. Yalnız 23 illik mübarizədən sonra erməni məkri və satqınçılığı sayəsində çar generalları İrəvan xanlığının müqavimətini qırıb, İrəvan qalasını işğal ediblər.

Müsahibin qənaətincə, əgər o dövrdə Azərbaycan xanlıqları arasında birlik, strateji əlaqələr olsaydı, heç bir xanlıq işğala məruz qalmaz, məğlubiyyətlə üzləşməzdi. Professor deyib ki, Qərbi Azərbaycanın tarixi ərazisi Səfəvilər dövlətinə tabe olan Çuxursəd bəylərbəyliyinin, ondan sonrakı illərdə isə bu coğrafiyada yaranan İrəvan xanlığının ərazisi olub. Milli kökə bağlı olan İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub.  

İşğala qədər İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların üstünlük təşkil etməsinə, çoxsaylı maddi-mədəniyyət, tarixi-memarlıq abidələri yaratmasına diqqət çəkən İ.Bayramov vurğulayıb ki, bu abidələr, toponimlər xalqın milli kimliyi və pasportudur. Onun sözlərinə görə, ümumilikdə Qərbi Azərbaycandakı toponimlər, zəngin maddi-mədəni irs, o cümlədən İrəvan şəhərindəki məhəllə adları bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edir. Alim söyləyib ki, Qərbi Azərbaycan ərazisini öyrənmək üçün “Kitabi-Dədə Qorqud” dastanı və Orxon-Yenisey abidələri ən tutarlı qaynaqdır. O, Orxon-Yenisey abidəsinə bərabər tarixi-mədəni irs nümunəsinin Meğri rayonunun Nüvədi kəndi ərazisində aşkar olunduğunu da dilə gətirib. Professor qeyd edib ki, ermənilər Qərbi Azərbaycanda özlərinə aid hər hansı tarixi abidə tapa bilmədikləri üçün azərbaycanlılara məxsus maddi-mədəni irsi, o cümlədən Göyçədəki Alban abidələrini zaman-zaman dağıtmaqla, məhv etməklə, saxtalaşdırmaqla məşğul olublar.

Müəllifi olduğu “Qədim Azərbaycan şəhəri İrəvan” adlı kitabından nümunələr gətirən professor İ.Bayramov bu tarixi yaşayış məntəqəsi barədə həqiqətləri geniş auditoriyaya çatdırmaq istəyindən danışıb. Bildirib ki, ermənilər İrəvan şəhərinin məhəllələrini məqsədli şəkildə məhv ediblər. O, hazırda Təpəbaşı məhəlləsinin də məhv olmaq təhlükəsi ilə üzləşdiyini, buna etiraz əlaməti olaraq bir qrup qeyri-hökumət təşkilatı sədrinin beynəlxalq təşkilatlara müraciət etdiyini, bu mövzunu yenidən gündəmə gətirdiklərini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib”
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO