Maraqlı 28.06.2024 22:46

“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Dayım rəhmətə gedəndə dedi ki, Niyadar bulağının o soyuq suyundan gətirin içim ölüm” adlı veriliş Zəngəzur mahalının Gorus rayonunun Qurdqalaq kənd sakini Roza Cavadovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və kənd həyatından, qaçqınlıq illərindən söz açıb və deyib ki, kəndimizdə evlər heç vaxt bağlı olmayıb, qapılardan qıfıl asılmayıb. Türkiyədən köçən ermənlər Gorusda azərbaycanlıları qovub özləri yerləşiblər. Ermənilər Azərbaycan nömrəli maşınları heç vaxt Gorusa qoymazdılar. Qonaq gələnlər maşını kənddə qoyub ya taksi ilə, ya da erməni nömrəsi olan maşınla, avtobusla Gorusa gedirdilər. Ermənilər avtomobilin şüşələrini sındırır, cərimə edir, ziyan verirdilər. Onlar Gorus gedəndə mağazalarda bizə heç vaxt cavab vermirdilər. Bizə hirslə deyirdilər ki, Azərbaycan dilində yox, rus dilində danışın. Onların azərbaycanlıları görməyə gözləri yox idi”.

Onun sözlərinə görə, ermənilər o vaxt Gorusda Heydər Əliyevin şəkilinin üstünü qəsdən çirkaba bulamışdılar: “Bir dəfə 3 qadın  Gorusa getmişdik. O vaxt Mərkəzi Komitədə işləyənlərin hamısının şəkilləri rayonda asılmışdı. Heydər Əliyevin də şəkili var idi. Ermənilər Heydər Əliyevin şəkilinin üzərinə çirkab şeylər atmışdılar. Biz cib dəsmalımızla Heydər Əliyevin şəkilinin üstünü təmizlədik. Ermənilər çox məkrli və mundar idilər, bizə qarşı nifrət, kin bəsləyirdilər”.

R.Cavadova erməni vəhşiliyindən kövrələrək söz açıb: “Göyçək nənəm danışırdı ki, 1905-ci illərdə ermənilər kəndimizə  hücum etdilər. Onlar kəndimizi yandırıb, 13 nəfəri öldürüblər. Cahan xala sənəyi götürüb suya gedəndə görübki, ermənilər gəlir. Yerə uzanıb başından kəlağayısını çıxarıb üstünə örtüb ki, ermənilər elə bilsin ölüb. Ermənilər Cahan xalanın nizə ilə qoluna vurublar, amma o, tərpənməyib, susub, elə biliblər ölüb. Ermənilər çıxıb gedəndən sonra durub gəlib. Erməni həkimlər Yusif müəllimin 10 yaşlı oğlunu əməliyyat zamanı öldürdülər”.

Qurdqalaq sakini 1988-ci ildəki departasiyanın çox acınacaqlı olduğunu söyləyib: “Anam rəhmətə gedəndə dedi ki, oranın bulağının suyundan gətirin içim. Dayım da rəhmətə gedəndə dedi ki, Niyadar bulağının o soyuq suyundan gətirin içim. Uşaqları dayıma Şollar suyundan gətirdilər. O, bir qurtum içdi və dedi ki, məni aldatmayın, bu, oranın suyu deyil. Çox insanlarımız Vətən həsrətilə dünyasını dəyişdilər”.

R.Cavadova sonda bildirib ki, kəndi hər gün yuxuda görür: “7 rayonumuz, Qazağın 4 kəndi alındı, niyə də bizim kəndimiz, Zəngəzurumuz alınmasın?! Biz ona görə qayıdacağıq ki, ata-babamız orada dəfn olunub, qəbirlərimiz orada qalıb. Dəfələrlə erməni hücumlarına baxmayaraq ata-babalarımız o kəndə qayıdıb yaşayıblar. Arzum odur ki, bizlər də kəndimizə gedək və orada yaşayaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO