“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi keçmiş xarici işlər naziri, səfir, siyasi analitik Tofiq Zülfüqarov olub.
O, Ermənistanda baş verən prosesləri, etiraz aksiyalarını dəyərləndirib, rəsmi İrəvanın Rusiyada uzaqlaşmasına Qərbin təsirindən danışıb.
Onun sözlərinə görə, Avropa, xüsusilə Fransanın Azərbaycana qarşı bugünkü mövqeyinin doğru deyil: “İndi Ermənistanın əsas postulatı SSRİ-nin dağılması zamanı sərhədləri bərpa etməkdir. Ermənistanda qeyri-sabitlik dalğasına 4 kəndin qaytarılması səbəb oldu. 20 əcnəbi sərhədçi Ermənistan sərhədlərindən çıxarılıb. Ermənistanın Rusiya ilə birliyinə dair ciddi sübutlar var. Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir. Yeni forpost olmaq Ermənistan üçün faciələrlə nəticələnə bilər”.
Siyasi analitik Azərbaycan 30 illik pozulan beynəlxalq hüququnu bərpa etməsindən, bu müddət ərzində beynəlxalq qurumların qəbul olunmuş hüquqi sənədlərin icra olunmamasının təəssüf doğurduğunu söyləyib: “Ermənilərin sanki dünyada müstəsna hüquqları var. Ermənistan niyə özünü Ararat Respublikasının hüquqi varisi elan etmədi?! Bolşeviklərin onlara verdiyini Ermənistan özü üçün saxlamaq istəyir. Bolşevik rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycan iki yerə parçalandı. Ermənilər özlərindən başqa heç kimin haqqının olması fikrinə yol vermirlər”.
T.Zülfüqarov Ermənistan-Azərbaycan münasibətlərində son durumdan söz açıb, Qarabağ zəfərindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması nəzərdə tutulsa da Ermənistanın buna hazır olmadığını diqqətə çatdırıb.
Keçmiş XİN başçısı hazırda Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsinn gündəmdə olduğunu vurğulayıb və bildirib ki, rəsmi İrəvan Qərbi azərbaycanlıların doğma yurda qayıdışını gec-tez təmin etməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə iyulun 2-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
“Часть общей игры – превратить Армению в форпост Франции” – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был экс-министр иностранных дел, политический аналитик Тофик Зульфугаров.
Он дал оценку происходящим в Армении процессам и протестам и рассказал о влиянии Запада на отдаленность официального Еревана от России.
По его словам, нынешняя позиция Европы, особенно Франции, по отношению к Азербайджану не правильна: “Сейчас главный постулат Армении – восстановление границ период распада СССР. Волна нестабильности в Армении была вызвана возвращением 4 сел. С границ Армении были выведены 20 иностранных пограничников. Есть серьезные доказательства союза Армении с Россией. Частью общей игры является превращение Армении в форпост Франции. Становление новым форпостом может обернуться трагедией для Армении».
Политический аналитик отметил, что вызывает сожаление тот факт, что Азербайджан восстановил свое международное право, которое нарушалось 30 лет и что за этот период не были реализованы правовые документы, принятые международными организациями: “Армяне, похоже, обладают эксклюзивными правами в мире. Почему Армения не объявила себя правопреемницей Араратской Республики?! Армения хочет сохранить то, что подарили ей большевики. В результате преступной деятельности большевистского руководства Азербайджан был разделен на две части. «Армяне не допускают мысли, что права есть у кого-то еще кроме них».
Т.Зульфугаров рассказав о последней ситуации в армяно-азербайджанских отношениях отметил, что Армения пока не готова подписать мирный договор между двумя странами после победы в Карабахе.
Бывший министр иностранных дел подчеркнул, что в настоящее время на повестке дня стоит вопрос возвращения западных азербайджанцев на родину, и заявил, что официальный Иреван рано или поздно должен обеспечить возвращение западных азербайджанцев на родину.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 2 июля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.