Maraqlı 03.07.2024 22:34

I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Dədə-Qorqud məskəni ulu Göyçəmizin bir parçası olan və ərazisinin etnik tərkibi tamamilə haylaşdırılan Yelenovka rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Göyçənin bir parçası olan Yelenovka rayonu” adlı süjetdə mənfur ermənilərin tarix boyu qədim türk-oğuz yurdlarına göz dikməsindən, havadarlarının yedəyində hiyləgərlik siyasəti ilə coğrafi məkanları hədəf seçib zaman-zaman dəyişdirməsindən bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Göyçə mahalı ərazisində yerləşən Yelenovka rayonu Göyçə gölünün şimal-qərbini əhatə edir. Rayon ərazisində “Kitabi-Dədə Qorqud”da göstərildiyi kimi, irsimizi, qədim tarixmizi əks etdirən yer-yurd adlarına rast gəlinməsi, kilsə, qala, türbə və qəbiristanlıqların mövcudluğu oğuz-türklərinin qədim yaddaşının və mədəniyyətinin təzahürüdür.

Qeyd olunur ki, 1842-ci ildə Yelenovka kəndinin əsası qoyulub və bura Rus çarı I Pavelin qızı Yelena Pavlovnanın adı verilib. Oğuz-türklərinin yaşadığı Yelenovka ərazisini yadlaşdırmaq məqsədilə bura Türkiyə və İrandan gətirilən ermənilər yerləşdirilib. Rayonun Bığlı, Çırçır, Çubuxlu, Əfəndi, Hacımuğan, Ördəkli, Rəhimkənd, Şəhriz, Yayçı, Zeynalağalı kimi qədim kəndlərində yaşayan yerli əhali vəhşicəsinə qovulub, etnik tərkib dəyişdirilib.

Diqqətə çatdırılır ki, bu məkan 1935-ci il sentyabrın 9-da toponim terroruna məruz qalıb. Belə ki, Yelenovka adı dəyişdirilərək Sevan qoyulub və indiki Ermənistanda inzibati ərazi vahidi olub. Rayonun yaşayış məntəqələrində ömür sürən azərbaycanılar zaman-zaman deportasiyalara məruz qalıb, doğma-yurd yuvalarını tərk edib, erməni qəddarlığı ilə üzləşiblər. Son olaraq isə haylar 1988-ci ildə bu çirkin niyyətlərini planlı şəkildə reallaşdırıblar. Bundan sonra Yelenovka rayonu üzrə 8 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə rayonun ərazisi mərkəzi Kəvər, yəni dəyişdirilmiş adı Kamo, sonra Qavar şəhəri olan Geğarkunik mərzliyinə daxil edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın ən gözəl guşələrindən sayılan Yelenovka rayonu da məkrli erməni siyasətinin qurbanı olub: “Amma əminik ki, XX əsrin əvvəllərində ədalətsizlik nəticəsində zorla qopardılıb indiki Ermənistana hədiyyə edilən tarixi ərazilərimiz yenidən öz sahiblərinin yurd yerinə çevriləcək, soydaşlarımızın  qəlbini göynədən qəmli notlar sevinc dolu notlarla əvəzlənəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 3-də   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi / 03.07.2024 22:34
I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - FOTO - VİDEO
Təhlil / 03.07.2024 15:12
Təkqütblülükdən xilas olmağın yolu – ŞƏT-in təhlükəsizlik imkanları
Siyasi / 03.07.2024 13:49
Çarın bu qızının şərəfinə qoyulan oğuz yurdu – ANONS
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Təhlil / 02.07.2024 16:57
İlham Əliyevin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – TƏHLİL
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO