Müsahibə 29.07.2024 23:14

“Hər ilin aprel ayında ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edirdilər” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Qərbi Azərbaycan İcmasının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev olub.

O, anadan olduğu Hamamlı rayonunun Qursalı kəndi, təbiəti, insanları, onların həyat tərzi barədə geniş məlumat verib. Qeyd edib ki, bu tarixi yaşayış məntəqəsi ötən əsrdə dəfələrlə daşnakların, erməni millətçilərinin hücumlarına məruz qalıb, kəndin əzəli sakinləri böyük faciələrlə üz-üzə gəliblər. Təkcə 1918-ci ildə Qursalı kəndinin 25 sakini erməni quldurların qurbanına çevrilib. Ermənilər onları qətlə yetirərək su quyusuna atıb, bununla öz cinayətlərini gizlətmək istəyiblər. Lakin hüquq-mühafizə orqanlarının, yerli sakinlərin axtarışı sayəsində azərbaycanlıların basdırıldığı yer müəyyən olunub. Üzərində işgəncə əlamətləri olan meyitlər su quyusundan çıxarılaraq kənd qəbiristanlığında dini adət-ənənəyə uyğun olaraq dəfn ediliblər.

T.Tağıyev 1948-1953-cü illərin deportasiyasına toxunaraq qeyd edib ki, həmin dövrdə yaxın qohumları öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Onun sözlərinə görə, o illərdə də soydaşlarımız böyük çətinliklərlə, məşəqqətlərlə üzləşiblər. Zorla aran zonasına köçürülən Qərbi azərbaycanlıların bir qismi yollarda həlak olub, digər hissəsi iqlim dəyişməsinə məruz qalıb, xəstəliyə yoluxub, dünyalarını dəyişiblər. Yalnız 1953-cü ildən sonra onların kiçik bir hissəsi öz Vətənlərinə qayıda biliblər.

T.Tağıyev deyib ki, sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı mənəvi, hətta fiziki təzyiqlər davamlı xarakter alıb. Rayon mərkəzinə, şəhərə gedən soydaşlarımız təhqirlərlə üzləşiblər. Xüsusən də hər ilin aprel ayında, uydurma erməni soyqırımının ildönümü günündə azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil olunub. Bundan başqa, Qərbi Azərbaycanın hər yerində olduğu kimi, Hamamlı rayonunda da ali təhsilli azərbaycanlı kadrlar məqsədli şəkildə işlə təmin olunmayıblar.

Müsahibin sözlərinə görə, 1988-ci ilin deportasiyası da Hamamlı sakinləri üçün itkisiz ötməyib. Həmin il baş verən zəlzələdə 18 Qursalı sakini həyatını itirib. Ayrı-ayrı vaxtlarda kənd sakinlərinin həyatına qarşı qəsdlər təşkil olunub. Hətta ermənilər azərbaycanlı hərbçinin uşaqlarını insanlıqla bir araya sığmayan işgəncələrlə qətlə yetiriblər. Bununla da 1988-ci ildə Hamamlıda daha böyük faciələr yaşanıb.

Bu gün də Hamamlının ab-havası, həsrəti ilə yaşadığını diqqətə çatdıran T.Tağıyev nəinki doğulduğu rayona, kəndə, eyni zamanda Göyçəyə, Zəngəzura, İrəvana və digər tarixi torpaqlarımıza mütləq qayıdacağımızı vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə, Video müsahibə / 29.07.2024 23:14
“Hər ilin aprel ayında ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edirdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.07.2024 15:53
Türkiyə-Suriya yaxınlaşması – 13 illik kəsilən münasibətlər – TƏHLİL
Elm və təhsil, Mədəni / 27.07.2024 22:21
“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO
Mədəni, Siyasi / 26.07.2024 22:47
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.07.2024 15:20
İrəvana hərbi yardım ayıranların müharibə həvəsi – TƏHLİL
Mədəni, Siyasi / 26.07.2024 12:17
“Vətən həsrəti ağzımızda dilimizi yandırıb” – Səmayə İsmayılovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.07.2024 21:36
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO
Təhlil / 25.07.2024 15:27
Yaxın Şərq və ərəb “NATO”su – TƏHLİL
Elm və təhsil, Siyasi / 24.07.2024 22:44
“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək – türk tarixinin izi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 24.07.2024 15:10
İrəvanda vətəndaş savaşı – Ermənistan yenə körüklənir – TƏHLİL
Elm və təhsil, Sosial / 24.07.2024 14:10
Ermənilərin toponimləri dəyişdirmə planı – ANONS - VİDEO
Hərbi / 24.07.2024 12:26
Rus tankının qarşısını 16 yaşında kəsdi – 19 yaşında şəhid oldu - VİDEO
Hərbi, Mətbuat / 24.07.2024 11:24
“Dostlarla birgə” – şəhid jurnalistlərin qorxmazlıq dastanı - VİDEO
Mətbuat, Siyasi / 24.07.2024 10:49
Tamam Cəfərova: “Azərbaycan dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir”
Elm və təhsil, Maraqlı / 23.07.2024 21:43
Sovet tarixçiliyi Göyçə ətrafında saxta erməni tarixini necə uydurub? - FOTO - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 23.07.2024 18:51
“Ermənistan Qarabağı itirmədi, hüquqi və tarixi baxımdan Qarabağ olduğu yerə qayıtdı” - VİDEO
Təhlil / 23.07.2024 15:11
“Qocalmış atların güllələnməsi” – ABŞ-də seçki amansızlığı – TƏHLİL
İqtisadi, Siyasi / 23.07.2024 14:40
Politoloq: “Azərbaycan öhdəliklərinə sadiqlik nümayiş etdirir”
Siyasi / 23.07.2024 13:04
“Sülh Ermənistanın özü üçün lazımdır” – ANONS
Mətbuat / 23.07.2024 10:12
Qərbi Azərbaycan İcması bir qrup jurnalisti mükafatlandırıb - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 22.07.2024 22:23
“Qərbi Azərbaycanın mətbuat tarixi “Lək-lək” jurnalı ilə başlayır” - VİDEO
Mətbuat / 22.07.2024 00:02
Azərbaycanda milli mətbuatın yaranması günüdür
Siyasi / 21.07.2024 22:00
Maddi-mədəni irsin bərpası Ermənistan dövlətinin öhdəliyidir - VİDEO
Siyasi, Sosial / 20.07.2024 21:49
Çivə kəndinə köçürülən ermənilər türk izlərini siliblər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 19.07.2024 22:34
“1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib” - FOTO - VİDEO
Təhlil / 19.07.2024 16:54
Riskli ölkəyə çevrilən Ermənistan – TƏHLİL