Elm və təhsil 30.07.2024 22:49

“Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə gölünün ətrafı Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi olub” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə fəlsəfə doktoru Qalib Qasımov Qərbi Azərbaycanda qayaüstü təsvirlər, Göyçə, eləcə də Zağalı kəndi ilə bağlı maraqlı faktlar açıqlayıb.

O bildirib ki, Göyçənin rus işğalından sonra yerli əhalisi köçürülüb yerinə ermənilərin yerləşdirildiyi birinci kənd Zağalı olub: “Burada köçürmə siyasətin əsas hədəfi bu ərazilərin qədim tarixi ilə bağlıdır. Qazıntılar aparan rus alimləri ermənilərin saxta tarixini yaratmağa başlayıblar. Lakin Göyçədə tapılan artefaktlar bu tarixi alt-üst edir”.

Onun sözlərinə görə, XIX əsrdən başlanan Qərbi Azərbaycanı erməniləşdirmə siyasəti abidələrdən başlayıb.

Q.Qasımov vurğulayıb ki, Göyçə gölünün ətrafı Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi olub: “Qərbi Azərbaycan boyunca yayılan qayaüstü təsvirlərə Altayda, Asiyada da rast gəlinir. Bu rəsmlər elat mədəniyyətinin təsviridir. Təsvirlər uca yerlərdə çəkilib, hündürə qalxıb ayinlər, rituallar icra edilib. Geğam dağları Azərbaycan qədim tayfalarının yaylaq yerləri olub. Tapılan nümunələr avtoxton bir xalqın qədim irsinin göstəricisidir. Burada türklərə məxsus Ata kultuna aid sübutlar çoxdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 30-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə / 30.07.2024 22:49
“Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir” - FOTO - VİDEO
Hərbi, Müsahibə, Video müsahibə / 30.07.2024 18:55
“Erməni lobbisinin ən böyük problemi dağıdıcı qüvvə olan daşnaklarla əlaqədir” - VİDEO
Siyasi, Təhlil / 30.07.2024 16:39
Qərb Venesuela tələsi – Maduronun sınağı – TƏHLİL
Elm və təhsil / 30.07.2024 13:35
Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi – ANONS - VİDEO
Hərbi, Siyasi / 30.07.2024 12:52
“Türkiyənin NATO-dan çıxması real görünmür” – ANONS - VİDEO
Mədəni / 30.07.2024 09:24
Bakıda “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib - FOTO
Müsahibə, Video müsahibə / 29.07.2024 23:14
“Hər ilin aprel ayında ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edirdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.07.2024 15:53
Türkiyə-Suriya yaxınlaşması – 13 illik kəsilən münasibətlər – TƏHLİL
Elm və təhsil, Mədəni / 27.07.2024 22:21
“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO
Mədəni, Siyasi / 26.07.2024 22:47
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.07.2024 15:20
İrəvana hərbi yardım ayıranların müharibə həvəsi – TƏHLİL
Mədəni, Siyasi / 26.07.2024 12:17
“Vətən həsrəti ağzımızda dilimizi yandırıb” – Səmayə İsmayılovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.07.2024 21:36
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO
Təhlil / 25.07.2024 15:27
Yaxın Şərq və ərəb “NATO”su – TƏHLİL
Elm və təhsil, Siyasi / 24.07.2024 22:44
“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək – türk tarixinin izi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 24.07.2024 15:10
İrəvanda vətəndaş savaşı – Ermənistan yenə körüklənir – TƏHLİL
Elm və təhsil, Sosial / 24.07.2024 14:10
Ermənilərin toponimləri dəyişdirmə planı – ANONS - VİDEO
Hərbi / 24.07.2024 12:26
Rus tankının qarşısını 16 yaşında kəsdi – 19 yaşında şəhid oldu - VİDEO
Hərbi, Mətbuat / 24.07.2024 11:24
“Dostlarla birgə” – şəhid jurnalistlərin qorxmazlıq dastanı - VİDEO
Mətbuat, Siyasi / 24.07.2024 10:49
Tamam Cəfərova: “Azərbaycan dezinformasiyadan əziyyət çəkən ölkələrdəndir”
Elm və təhsil, Maraqlı / 23.07.2024 21:43
Sovet tarixçiliyi Göyçə ətrafında saxta erməni tarixini necə uydurub? - FOTO - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 23.07.2024 18:51
“Ermənistan Qarabağı itirmədi, hüquqi və tarixi baxımdan Qarabağ olduğu yerə qayıtdı” - VİDEO
Təhlil / 23.07.2024 15:11
“Qocalmış atların güllələnməsi” – ABŞ-də seçki amansızlığı – TƏHLİL
İqtisadi, Siyasi / 23.07.2024 14:40
Politoloq: “Azərbaycan öhdəliklərinə sadiqlik nümayiş etdirir”
Siyasi / 23.07.2024 13:04
“Sülh Ermənistanın özü üçün lazımdır” – ANONS
Mətbuat / 23.07.2024 10:12
Qərbi Azərbaycan İcması bir qrup jurnalisti mükafatlandırıb - FOTO - VİDEO